
İnsan həyatının hər mərhələsində zəruri olan süd, C vitamini və dəmirdən başqa makro və mikro elementlər baxımından yaxşı bir qaynaqdır. Xüsusilə uşaqlıq, hamiləlik-laktasiya və qocalıq dövründə sümük sağlamlığı üçün çox vacib olduğu məlumdur. Süd və süd məhsullarına bəzi əhəmiyyətli mineralların, xüsusilə kalsium və fosforun, zülal və riboflavin kimi bəzi B qrupu vitaminlərinin qaynağı olaraq baxdığımızda onların insanların sağlamlığı üçün əhəmiyyətli bir qida qrupu olduğu dərhal anlaşılacaq.
Süd zülalı keyfiyyətlidir və onun orqanizmdə istifadə nisbəti 90% təşkil edir. Süd zülallarının orqanizmdə böyümə və inkişafa məlum töhfəsi, onların toxumalarda diferensiallaşma və kalsiumun udulmasında effektivliyi; İmmunitet sisteminin funksiyalarına müsbət təsir etdiyi, qan təzyiqi və xərçəng riskini azaltdığı, bədən çəkisinin idarə edilməsində təsirli olduğu, diş çürüklərindən qoruduğu bilinir.
Süd minerallarla (kalsium, fosfor, yod, natrium, maqnezium) zəngindir. Süd digər qidalardan daha kalsium mineralını ehtiva edir. Kalsium, fosfor və maqnezium sümük toxumasının əsas komponentləridir. Uşaqlıqdan 20-25 yaşa qədər balanslaşdırılmış qidalanma ilə sümük mineral toxuması artır. Yaşlılıqda hərəkətsizlik və hormon balansının dəyişməsi səbəbindən sümük mineral toxuması azalır. Kalsium, fosfor və zülalla zəngin olan süd uşaqlıq və gənclik dövründə sümük toxumasının inkişafını təmin edir, qocalıqda isə itkisini azaldır. Süd köpüyü kalsiumun udulmasını artırır və sümük toxuması hüceyrələrinin əmələ gəlməsini təmin edir. Sağlam günlər üçün süd için.
Mənbə: Takirdag.tarimorman
Tərcümə etdi: Nuray Mürsəlova
