Yaddaşımız sayəsində biz çoxlu faydalı məlumatları saxlaya bilirik və lazım olduqca bu məlumatları sonradan xatırlayırıq. İnsanlar olaraq beynimiz və yaddaşımız nə qədər güclü olsa da, çox şeyi unuda bilərik. Bəzən dilimizin ucunda olan, lakin xatırlaya bilmədiyimiz bir məlumatı olduğunu düşündüyümüz adamdan soruşuruq. Bu insan bizə nəqədər yaxın olsa, onunla bir o qədər çox xatirə paylaşırıq.

Yaxın münasibətdə olan insanlar bir- birilərinin xatirələrini daha çox bilirlər və uzun müddətli birlikdəlikləri nəticəsində bəzi məlumatları bir-birlərinə əmanət edirlər. Beləliklə, iki tərəfdaş, ər və arvad və ya müəyyən bur sosial qrup məlumatları yadda saxlamaq üçün faktiki olaraq əməkdaşlıq edirlər. Məlumat bir yaddaşa, digər hissəsi isə digərinin yaddaşına həvalə olunur. Beləliklə, yaxın münasibətdə olan insanlar şəxsi yaddaşlarından daha böyük işləyən yaddaşlara malikdirlər. 1980-ci illərin sonlarında Daniel WEGNER tərəfindən irəli sürülən bu fərziyyənin adı Transaktiv Yaddaş Hipotezidir. Biz ikitərəfli münasibətlərimizdə və ya daxil olduğumuz sosial qrup daxilində yaddaşlarımızda məlumatların qeyd edilməsində əməkdaşlıq edərək vaxta və enerjiyə qənaət edirik, həm də bu yolla insan olaraq bir-birimizi tamamlayırıq. Bəlkə də, bu insanların bir yerdə yaşamasının səbəbdir. Lakin internetin yaranması ilə insanlar arasında təbii olaraq mövcud olan bu ümumi əlaqə getdikcə pisləşir.
