Bu gün:

Niyə hər gün bir alma yeməliyik?


Şirin və turş dadının ziddiyyətinə görə çoxlarının bəyənmədiyi yaşıl almanın sağlamlığa faydaları saysız-hesabsızdır. Alma günün istənilən vaxtında və ilin istənilən mövsümündə yeyə biləcəyimiz dadlı və qənaətcil qida mənbəyidir. Bəs, gün ərzində alma yeməyin sağlamlığa nə kimi faydaları var? 

1) Arıqlamağa kömək edir 

Cəmi 80 kalorisi olan bir yaşıl almanın tərkibində bol karbohidrat və amin turşusu  olur və buna görə də çox enerji verən bir meyvə olaraq seçilir. Əgər sağlam şəkildə arıqlamaq istəyirsinizsə, hər gün ac qarına yaşıl alma yeyərək tox və enerjili qala bilərsiniz.  

2) Sağlam və parlaq bir dəriyə sahib olmaq fürsəti verir. 

Tərkibində hüceyrələrin bərpasına və yenilənməsinə kömək edən antioksidantlar var. Həm də sağlam və parlaq dəriyə sahib olmanıza kömək edir. Antioksidantlar qaraciyəri qoruyur və onun düzgün işləməsini təmin edir. 

3)Şəkər xəstəliyinin qarşısını alır.  

Yaşıl alma xalq arasında diabet kimi tanınan şəkər xəstəliyinin qarşısını alan təbii məhsullar sırasındadır. Səhər acqarına bir yaşıl alma yemək orqanizmin ehtiyac duyduğu şəkərin miqdarını azaldır və orqanizmi şəkər xəstəliyindən qoruyur. 

4) Həzm sisteminin düzgün işləməsini təmin edir. 

Tərkibində bol lif olan yaşıl alma hər səhər acqarına qəbul edildikdə xroniki qəbizliyə müalicəvi təsir göstərir. 

5) Astma xəstəliyinin qarşısını alır 

Mütəmadi olaraq alma şirəsi içmək yüksək həssas allergik xəstəlik olan astma riskini azaldır. 

6) Bədəninizin gün ərzində ehtiyac duyduğu enerjini verir 

Yaşıl alma insana enerji verir. Xüsusilə hər hansı idman növü ilə məşğul olan insanlar üçün karbohidratları özündə cəmləşdirir.   

Mənbə: Gzt.com 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et