Bu gün:

Qazlı içkilərin zərərləri nələrdir?


Həyatımızın bir parçasına çevrilən qazlı içkilər, tərkibindəki maddələrə görə sağlamlığa böyük ziyan vurur və asılılıq yaradır. Qazlı içkilər xüsusilə uşaqlar üçün böyük təhlükədir. Bu içkilər uşaqların inkişafına mənfi təsir edir və sonrakı yaşlarda xəstəliklərə səbəb olur. 

Hazırda qazlı içkilərin istifadəsi xeyli artıb və demək olar ki, su əvəzinə istifadə olunur. Mütəxəssislər insan orqanizminin suya ehtiyacı olduğunu bildirir və maye ehtiyacını ödəmək üçün qazlı içkilər və ya kofeinli içkilər deyil, su içməyi etməyi tövsiyə edirlər. 

Qazlı içkilər sağlamlığınıza zərər vurur, çünki onların tərkibində həddindən artıq şəkər var. Onlar heç bir şəkildə qidalandırıcı və ya faydalı deyil. Üstəlik ürək xəstəlikləri, diş çürüməsi, piylənmə və osteoporoz kimi ciddi xəstəliklərə səbəb olur.  

Bu içkilər tərkibindəki fosfor turşusu səbəbindən orqanizmin kalsiumdan istifadəsinə imkan vermir və bəzi xəstəliklərə səbəb olur. Bunlardan ən qabarıq olanları osteoporoz və diş xəstəlikləridir. Qazlı içkilər sümüklərin möhkəmlənməsinin qarşısını alır, insanların sümüklərində deformasiyalara səbəb olur. Tərkibində yüksək şəkər olan qazlı içkilər  insulin rezistentliyi, ürək xəstəlikləri, şəkərli diabet, erkən yaşlanma, yüksək xolesterol və ya yüksək təzyiq kimi xəstəliklərə yol açır. 

Qazlı içkilərdə olan başqa bir maddə kofein yuxusuzluq, əsəbilik və nizamsız ürək döyüntüsü kimi narahatlıqlara səbəb olur. 

Mənbə: yenisafak.com 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et