Bu gün:

Göz yaşlarının da müxtəlif növləri var


Prof. Dr. Sənan Canan: "Göz yaşı komponentləri duyğulara və vəziyyətlərə görə dəyişə bilər. Bu baxımdan göz yaşlarının müxtəlif növləri olduğunu söyləyə bilərik",- deyə qeyd edib.

Üsküdar Universiteti Humanitar və Sosial Elmlər Fakültəsi Psixologiya Bölümü Müəllim Prof. Dr. Sənan Canan xoşbəxtlik, ağrı, qəzəb, rədd edilmə, soğan doğramaq kimi fərqli duyğu və situasiyalarda yaranan göz yaşlarının kimyəvi tərkibinin fərqli olduğunu və buna görə də mikroskopik müayinələrdə göz yaşlarının görüntülərinin fərqli şəkildə müşahidə edildiyini bildirib.

Canan açıqlamasında gözü xarici faktorlardan qoruyan və yağlanması üçün nəm saxlayan göz yaşlarının gözün üst hissələrində yerləşən gözyaşı və ya "lakrimal" olaraq bilinən bezlər tərəfindən əmələ gəldiyini qeyd edib.

Göz yaşının funksiyalarından birinin gözü bakteriya və tozdan qorumaq olduğunu bildirən Canan "bazal gözyaşı" adlandırılan bu cür gözyaşının bol su və qoruyucu zülal ehtiva etdiyini açıqlayıb.

Göz yaşlarının da müxtəlif növləri var

Göz yaşlarının yaxşı və aydın görmə üçün vacib olduğunu və 98,2%-nin su olduğunu izah edən Canan, "Tək bir göz yaşı vəzi gələn stimula və ifrazat modelindəki dəyişikliklərə görə çox fərqli kompozisiyalarda ifrazat əmələ gətirə bilər. Göz yaşı komponentləri buna görə dəyişə bilər. Bu baxımdan göz yaşlarının müxtəlif növləri olduğunu söyləyə bilərik. Əslində xoşbəxtlikdən, kədərdən, həsrətdən ağlamaq kimi müxtəlif vəziyyətlərdə göz yaşlarının tərkibinin dəyişməsi çox mümkün görünür",- deyə qeyd edib.

Canan, Los-Ancelesdə yaşayan Rose-Lynn Fisher adlı fotoqrafın göz yaşları üzərində mikroskopik araşdırması nəticəsində göz yaşlarının fərqli görüntülərə sahib olduğunu ortaya çıxardığını və bunun göz yaşlarının fərqli komponentlərdən ibarət olması ilə izah edildiyini bildirib.

Canan əksər insanların bildiyinin əksinə olaraq, göz yaşlarının duyğulara və vəziyyətlərə görə müxtəlifləşdiyini, görüntülərinin də buna uyğun olaraq fərqləndiyini qeyd edərək: Xoşbəxtlik, ağrı, qəzəb, rədd edilmə, qərarlılıq kimi müxtəlif duyğu və situasiyalarda ortaya çıxan göz yaşları, gülmək, əsnəmək, soğan doğramaq, fərqli kimyalara malikdir: “Ona görə də mikroskopik olaraq araşdırılanda görüntülərinin fərqli olduğu müşahidə edilir”,- deyə vurğulayıb.

Emosional səbəblərdən axan göz yaşlarının quruluşu mürəkkəbdir

Canan qeyd edib ki, soğan suyu buxarı kimi narahatedici bir stimul gözə çatdıqda "refleks gözyaşları" adlı əlavə göz yaşı ifrazı meydana gəlir.

 "Emosional situasiyalarda gözümüzdən yaş axması, yəni ağlamaq tamamilə insana xas bir haldır. Bu zaman axan göz yaşları digərlərinə nisbətən çox daha mürəkkəb məzmuna malik görünür. Bir çox hormonların izlərini qanda görə bilərik. Ağlama zamanı tökülən göz yaşlarının tərkibində bədənimizi, hətta sinirlərin böyüməsini və inkişafını asanlaşdıran zülalları da görə bilirik."

"Bu mürəkkəb epidemiyanın səbəbi hələ də aydın olmasa da, tədqiqatçılar tərəfindən kimyəvi təsir göstərməsi mümkün hesab edilir. insanda və ətrafındakı insanlarda siqnallar və qoruyuculardır",- deyə qeyd edib.

Canan "duzlu su" olaraq xarakterizə edilən göz yaşı növlərinin adi gözlə tanınmasının mümkün olmadığına diqqət çəkib: Bu fərq şüşə üzərinə qoyulub qurudulduqdan sonra kristallaşan göz yaşlarının mikroskop altında görünməsindən də müşahidə edilə bilər".


Mənbə : TRT HABER

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et