Bu gün:

Əl tərləməsinin səbəbləri nədir?


Əgər ovuclarınız daim tərləyirsə və sağlam əllərə sahib olmaq istəyirsinizsə, bir neçə sadə tətbiqlə bu problemdən xilas ola bilərsiniz. İnsanlarla əl sıxmaqdan utanırsınız? Ovucunuz yaş olduğu üçün əşyanı götürməkdə çətinlik çəkirsiniz? Özünüzlə salfet götürmədən çölə çıxa bilmirsiniz? Cavabınız bəlidirsə, siz əl tərləməsindən əziyyət çəkən çoxsaylı insanlardan birisiniz. Bu yazıda əl tərləməsinin səbəbləri, gündəlik həyatda və ünsiyyətdə ən çox istifadə etdiyimiz orqan və təbii həll təkliflərini sizin üçün topladıq.

Əl tərləməsi psixolojikdirmi?

Bunun cavabı “bəli" ola bilər, çünki ovuclarda həddindən artıq tərləmənin ən çox görülən səbəbi stress və narahatlıqdır. Stress səviyyənizi tarazlaşdırmağın ən yaxşı yollarından biri yoqa və ya meditasiya ilə məşğul olmaqdır. Nəfəs alma məşqləri, bəyəndiyiniz hobbi ilə məşğul olmaq və zövq aldığınız rahatlaşdırıcı musiqiyə qulaq asmaq da stressi və gərginliyi xeyli azalda bilər. Hər gün özünüzlə xoş bir şəkildə tək qala biləcəyiniz sakit vaxt yaratsanız, narahat əhval-ruhiyyədən və buna görə də əl tərləmə problemindən vaxtında xilas ola bilərsiniz.

Əl tərləməsi üçün hansı qidalar yaxşıdır?

Əllərin tərləməsini aradan qaldırmaq istəyirsinizsə, yemək vərdişlərinizi dəyişməli ola bilərsiniz. Acılı qidalar qaçınmanız lazım olan qidalar siyahısında birinci yerdədir. Bunlar bədən istiliyini artırdıqları üçün tərləməyə səbəb olur. Spirtli içkilər, isti kofeinli içkilər, soğan, sarımsaq, yüksək kalorili və duzlu  qidalar yerinə toyuq, balıq, tam taxıllı qidalar, yaşıl tərəvəzlər və yumurta kimi B vitamini ilə zəngin qidaları qəbul etməlisiniz. Maqnezium həmçinin tər vəzilərinin fəaliyyətini idarə etməyə kömək edir. Balqabaq tumu, banan, qoz, taxıl, avokado, badam və anakardiyada bol maqnezium var. Masanızda bunların olmağı mütləqdir. Sizə tövsiyə olunan xarici tətbiqlər, qidalanma məsləhətləri və stressi azaltma üsullarını bir arada istifadə edərək əl tərləməsinin səbəb olduğu güvənsizliyə əlvida deyib əllərinizlə barışa bilərsiniz.

Mənbə: dove.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova



Paylaş
Şərh əlavə et