
Güzgüyə baxdığınız zaman gördüyünüz rəng dərinizin səthinin rəngi deyil. Dərinizin tonuna uyğun rəngi tapmaq üçün nəzərə almalı olduğunuz amil dərinizin alt tonudur. Çünki günəş şüaları, istifadə etdiyiniz örtücülər və ya istifadə etdiyiniz bəzi dərmanlar dəri səthinin tonunun dəyişməsinə səbəb olur. Bununla belə, dərinizin alt tonu dəyişmir, o, üç rəngə bölünür; isti, soyuq və neytral. Dərinizin alt tonunu təyin etmək üçün iki üsuldan istifadə edə bilərsiniz. Birincisi, damarlarınızı yoxlamaq, digəri isə ağ kağız testidir.
Sizin damarlarınız göydür, yoxsa yaşıldır?
Dərinin alt tonunu aşkar etməyin ən praktik yolu damarlarınızı yoxlamaqdır. Bilək, dirsək damarlarını yoxlayaraq dərinizin alt tonunu təyin edə bilərsiniz. Damarlarınız mavi görünürsə, soyuq bir dəri alt tonunuz var. Damarlarınız yaşıl görünürsə, dərinizin alt tonu istidir. Mavi və ya yaşıl damarlarınız olduğu aydın deyilsə, deməli, neytral dəri alt tonunuz var. Ağ kağız testində əvvəlcə üzünüzü soyuq su ilə yuyun, sonra güzgü qarşısında dayanın. Ağ kağızı üzünüzə yaxın tutun. Üzünüz kağızla müqayisədə sarı və ya qırmızı görünürsə, dərinizin alt tonu istidir. Əgər üzünüz çəhrayı görünüşə daha yaxındırsa, o zaman dərinizin alt tonu soyuqdur. Dərinizin səth tonunu dəqiq müəyyən edə bilmirsinizsə, neytral tonunuz var.
Mənbə: hurriyyet.com
Tərcümə etdi: Rəhimə Cəmilova
