1950-ci ildə Süleyman adlı 25 yaşlı türk oğlanı türk birliklərinin tərkibində Koreyaya hərbi xidmətə çağırmışdılar. Əməliyyatların birində anasını və atasını itirmiş kiçik koreyalı qızı götürmüşdür.

Uşaq böyük stress keçirdiyi üçün əvvəlcə, danışmadı və oğlan ona Ayla adını verdi. Süleyman uzun müddət Aylaya bacardığı qədər ata kimi qulluq edirdi. Bir il yarım idi ki, Ayla və Süleyman ayrılmırdılar. Qız türk hərbçisinə öyrəşib və artıq ona ata deyirdi. Lakin döyüşlər bitəndə Süleymanın Ayla övladlığa götürməsinə icazə verilmədi.
Onlar hesab edirdilər ki, uşaq öz vətənində, həmvətənlərinin arasında qalmalıdır. Ayla sığınacaqda qaldı, hər ikisi üçün əsl dram oldu. Vaxt keçdikcə uşaq evi ilə əlaqə müharibədən sonrakı qarışıqlıq səbəbindən kəsildi. Cəmi 60 il sonra son illərində Süleyman yenə də bəxtini sınamaq üçün uşaq tapmağa çalışırdı.
Xoşbəxtlikdən, Ayla da ailəsini əvəz edəni görmək üçün yaşayırdı. Süleyman və övladlığa götürdüyü qızı heç vaxt ayrılmamış kimi görüşdülər. Ayla bütün həyatı boyu onu atası hesab etməyə davam etdi və onu yenidən görə biləcəyinə sevinirdi. Ayla türk əsgərlərinin götürdüyü tək uşaq deyildi. İyirmiyə yaxın belə uşaqlar var idi. Bütün ölkə Aylanı axtarırdı, jurnalistlər, televiziyalar, sadə vətəndaşlar da iştirak edirdi.
Film reallıqda baş verən hadisələri, demək olar ki, tamamilə təkrar edir.
Aylanın atasına məktubundan:
"Əziz ata. Səni dünənki kimi görürəm. İndi də qucağını hiss edirəm. Çox yaşamalıyıq. Hər dəqiqə səni düşünürəm. Yarım qalmış balaca qızı ayağa qaldır. Məni qəbul etdiyin üçün çox sağ ol. Səni sevirəm ata . “Qızınız Ayla”. "
Mənbə: old.newsroom.kz
Tərcümə etdi: Səmayə Qədirova
