Bu gün:

Ev heyvanlarımız təhlükəsiz şəkildə vegetarian və ya vegan ola bilərmi?


Veqanizm insanlarda olduğu kimi ev heyvanları üçün də artmaqdadır. Böyük Britaniyanın bir it qidası brendi olan Butternut Box müştərilərinin 71%-in həftədə bir dəfə ev heyvanları üçün tərəvəz əsaslı yemək yeməyə həvəsli olduğunu müəyyən etdikdən sonra, ətsiz ilk yeməyi olan Ready Steady Veggie-ni təqdim etdi.



 Təəccüblü deyil ki, bir çox insanlar ev heyvanlarının pəhrizini nəzərdən keçirirlər. Əgər siz öz ət istifadənizi azaltmaq və ya dayandırmaq barədə prinsipial qərar qəbul etmisinizsə, ev heyvanlarınızın nahar qablarını heyvan məhsulları ilə doldurmaq qəribə görünər. Bununla belə, öz pəhrizinizlə bağlı şəxsi qərar vermək bir şeydir:başqa bir canlının adından qərar verərkən, onların sağlamlığına və ya rifahına xələl gətirmədiyinizə əmin olmalısınız. Britaniya Baytarlıq Assosiasiyasının prezidenti Dr Justine Shotton deyir: “Böyük Britaniyanın heyvanların rifahı ilə bağlı qanunlarına əsasən ev heyvanları sahibləri müvafiq pəhriz də daxil olmaqla, beş rifah ehtiyacının ödənilməsini təmin etmək üçün öz ev heyvanlarına qayğı göstərməyə borcludurlar. Sahibləri qeyri-adekvat pəhriz səbəbiylə ev heyvanlarına əziyyət verdikləri üçün mühakimə oluna bilər, buna görə də əvvəlcə, baytarla danışmaq vacibdir".

Beləliklə, ev heyvanlarımız təhlükəsiz şəkildə vegetarian və ya vegan ola bilərmi?

 İtlər üçün pişiklərlə müqayisədə nisbətən sadədir. İtlər hər şeyi yeyən heyvanlardır və onların pəhrizi tam, balanslı olduğu müddətcə vegetarian və ya hətta vegan ola bilər. Bunu ehtiyatla etmək lazımdır: onlara makaron və pomidor sousu ilə brokoli və yerkökü yedirməyə başlaya bilməzsiniz. Onların pəhrizinin zülal, karbohidrat, yağlar, vitaminlər, minerallar və lif daxil olmaqla bütün ehtiyaclarına cavab verməsini təmin etmək üçün araşdırma aparmalısınız. Ən asan və təhlükəsiz yanaşma, qidalanma sınaqlarından keçmiş, kommersiya olaraq hazırlanmış tam vegetarian və ya vegan it yemi almaqdır. Bu cür məhsullar peşəkar diyetoloqlar tərəfindən hazırlanır və qanunla müəyyən qidalanma meyarlarına cavab verməyə borcludurlar.
Pişiklər fərqlidirlər: məcburi ətyeyən heyvanlar kimi, ət yemədən sağlam qalmaq daha çətindir. Onların anatomiyası – yəni dişləri və həzm yolları və maddələr mübadiləsi gəmiricilər və quşlar kimi kiçik yırtıcılardan qida almaq üçün təkamül etmişdir. Bir pişikin fiziki anatomiyası uyğunlaşa bilsə də (pişiklər bitki mənşəli qidaları istifadə edə, həzm edə və udmağa qadirdir), bir pişiyin enerji yaradan metabolik prosesləri bunu edə bilməz: pişiklər yalnız ətdə olan xüsusi qida qruplarına ehtiyac duyurlar.

Mənbə: theguardian.com

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et