Bu gün:

Piratlar niyə göz yamağı taxırlar?


Piratların göz yamaqları taxmasının səbəbi adətən zədə deyildi. Əslində, onlar bu göz yamaqlarını daha məntiqli və elmə uyğun gələn bir səbəbdən taxırdılar. Pirat gəmilərinin içində gecə-gündüz həmişə qaranlıq idi. Gəmidə, yəni günəşli bir mühitdə işlərini görən dəniz quldurları gözləri qaranlığa öyrəşmədiyi üçün gəminin anbar və ya kabin hissəsinə getdikləri zaman heç nə görə bilmirdilər.

Bu zaman quldurlar gözlərini hər zaman qaranlıqda saxlayan göz yamaqlarını çıxarar və qara rəngə uyğunlaşan gözləri ilə heç bir problem olmadan işlərini görürdülər. The Wall Street Journal-a danışan Oreqon Sakit Okean Universitetində görmə elmləri üzrə təhsil alan Dr. Jim Sheedy deyib ki, göz tez işığa uyğunlaşır, lakin qaranlığa uyğunlaşmaq üçün fotopiqmentlər yenilənməlidir və tam qaranlığa uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır.

Mənbə: webtekno.com

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et