Bu gün:

Heç bir şey etməmək işə yarayırmı?


Zaman zaman həyatdan və ediləcək işlərdən yoruluruq. Belə dövrlərdə birdən-birə özümüzü heç bir şey etməməyə məcbur edə bilərik. Yəni bu həqiqətən işə yarayırmı? 

Bəzən tam sürətlə işləməli olduğumuzu hiss edə bilərik. Əsas prioritetlərimiz heç vaxt bitməyən bir siyahı kimi görünə bilər. Üstəlik, mümkün qədər tez özümüzün tam inkişaf etmiş, daha yaxşı versiyasını yaratmaq üçün sözsüz çoxlu təzyiqlər görə bilərik. Bunlar hamıya çox yaxın olan hisslər deyilmi?

Əslində, boş vaxtlarımızı heç nə etmədən keçirmək istəməyimiz təəccüblü deyil. Yorğunluq hissi təkcə bizə daha çox şey etməyə mane olmur. O həm də həyatımızın hər sahəsinə mənfi təsir göstərən məqsədsizlik və tükənmə hissinə səbəb olur.

Bu tip yorğunluğu yatmaqla və ya uzanmaqla aradan qaldırmaq mümkün deyil. Elmi baxımdan “cavanlaşma” tükənmişliklə mübarizənin əsasını təşkil edir.

İstirahət və cavanlaşma arasındakı fərq nədir?

İstirahət ümumiyyətlə passiv vəziyyətə (yatmaq, uzanmaq və s.) aiddir. Cavanlaşma isə özünü yenilənmiş və yenidən başlamağa hazır hiss etmək vəziyyətidir. Cavanlaşma, emosional dünyagörüşümüzü yeniləyir. Beynimizə fasilə verməyə imkan verir.

Çox vaxt ətrafımız bizə tükənmişliklə mübarizə aparmaq üçün birincisini etməyi öyrədir. Artıq aydındıt ki, tam fasilə vermək sizi gümrah hiss etdirməyəcək.

Sonuncu dəfə tam canlı hiss etdiyinizi düşünün. Divanda dincəlirdiniz, yoxsa insan olmağın heyranlığı, gözəlliyi və möcüzəsi ilə əlaqə saxlamağa imkan verən bir şey edirdinizmi? Cavabınız sonuncuya daha yaxındırsa, "avtotelik təcrübələr" adlanan şeyin gücünü hiss etmisiniz. Bu biz öz daxili maraqlarımızla motivasiya olunduğumuzda baş verir. Ən əsası o həzzdən qaynaqlanır və cavanlaşma hissinə səbəb olur.

İstirahət yavaşlamağa xidmət edir. Cavanlaşdıran avtotelik təcrübələr isə özümüzü yenilənmiş hiss etməyimizə, dünyanı görməyin yeni üsullarına açıq hiss etməyimizə kömək edir. Xoş avtotelik təcrübələr bizə nəinki mümkün olandan enerji almağa kömək edir, həm də onu reallığa çevirmək həvəsini artırır.

Cavanlaşdırıcı fəaliyyəti həyatın bir hissəsinə necə çevirə bilərik?

Psixi sağlamlığımızı həm istirahətə, həm də cavanlaşmaya bölməyə başlamaqla, vaxtımızı necə səmərəli keçirəcəyimiz və ən əsası onu necə genişləndirəcəyimiz barədə şüurlu qərarlar verə bilərik. Avtotelik axının anlarını gündəlik həyatınıza daxil etməyə necə başlamaq lazımdır:

Kiçik addımlarla başlayın

Bizə tez-tez öyrədiləndən fərqli olaraq, yaradıcılıq və zövqlü təcrübələrin təsir göstərməsi üçün o qədər uzun müddət məşq etmək lazım deyil. Daha qısa və tez-tez məşq etmək, hərdən daha uzun təcrübələr etməkdən daha vacibdir. 

Zövqü yenidən çərçivələyin

Dopaminlə idarə olunan dünyada biz sosial medianı yoxlamaq və ya yemək üçün bir parça şokolad götürmək kimi sürətli həzz anları axtarırıq. Zövq üçün yer açmaq daha çox səy tələb edir, amma əmin olun ki, buna dəyər. Məşqdən əvvəl idman ayaqqabılarınızı bağladığınız zaman nə hiss etdiyinizi düşünün. Psixi sağlamlıq təcrübələrimiz də oxşar hazırlıq tələb edir.

Güclənmək ehtiyacı duyduğunuzda diqqətinizi axına yönəldin

Axın indiki məqama tam qərq olduğumuz zaman baş veri. Bu yaxınlarda "axın" psixi sağlamlıq sahəsində bir çox sərhədi itələyən tədqiqatların mərkəzində olmuşdur. Yaradıcı axın dünyanı görməyin yeni yolunu təhrik edir və dəyişikliyin mərkəzində dayanır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş