
Mütəxəssislər vurğulayırlar ki, stress və narahatçılıq bizi bədənimizdən yayındırır. Diqqətimizi xarici faktorlara yönəltməklə sinir sistemimizin işini pozur. Lakin sadə hərəkətlərlə "bədənə qayıtmaq" mümkündür.
Bədənə stress verən bəzi təcrübələrlə əlaqəni kəsmək lazımdır. Kəsilən əlaqə bədənimizlə yenidən barışmaq üçün idealdır.
“Bədənə qayıtmaq” əslində nə deməkdir?
“Bədənə qayıtmaq” bədənin rahat, dinc və indiki anda hiss etdiyi bir vəziyyətə gətirmək deməkdir.
Somatik psixoterapevt Dr. Holly Richmond deyir ki, bədənə qayıtmaq üçün ilk addım "sinir sisteminizin harada olduğunu müəyyən etməkdir". Bunun üçün 1 ilə 10 arasında bir şkala müəyyən etmək lazımdır. 1 çox aşağı və məzlum, 10 çox yüksək və panik rejimi deməkdir.
Əgər özünüzü depressiyada hiss edirsinizsə, sinir sistemini bir az qaldırmaq, əgər özünüzü narahat hiss edirsinizsə, sinir sistemini endirmək lazımdır.
Dr. Holly Richmond bədənə qayıtmağın müxtəlif yollarını təklif edir:
Əhvalınızı "yüksəltmək" üçün
Sinir sistemini aşağı, depressiv vəziyyətdədirsə, daha yüksək, enerjili vəziyyətə keçmək üçün ən yaxşı üsullar bədəni hərəkətə gətirən təcrübələrdir. Bu təcrübələr müxtəlifdir:
1. Soyuq vanna və ya duş qəbul edin.
2. Toxunma, qoxu və dad kimi müxtəlif hisslərdən istifadə edərək ətrafınızla əlaqə saxlayın.
3. Sürətli gəzintiyə çıxın və ya qaçın.
4. Bir boks torbasına ya da yastığa vurun.
5. Ayağa qalxın və özünüzü hərəkə keçirin.
6. Rəqs edin.
7. Yerinizdə qaçın.
8. Yuxarı və aşağı tullanın
Sinir sistemini "azaltmaq" üçün
Əgər siz daha çox narahatsınızsa, hər şey çox “yüksək” hiss olunursa, enerjinizi azaltmaq və sinir sistemini sakitləşdirmək lazımdır. Bunun üçün müxtəlif texnikalardan istifadə olunur.
1. Ayaqlarınızı yerə qoyun və dayanıqlığını hiss edərək, altındakı torpağı hiss edin.
2. 5-4-3 texnikasını sınayın: Gördüyünüz beş şeyi, eşitdiyiniz dörd şeyi və qoxlaya bildiyiniz üç şeyi adlandırın.
3. Diqqətlə hərəkət etməyi məşq edin. Yavaş-yavaş uzanmağa və ya istədiyiniz hər hansı yumşaq hərəkətə cəhd edin.
4. Meditativ gəzintiyə çıxın. Rəhbərli meditasiya təcrübəsi edin.
5. Təbiətlə əlaqə qurun.
6. Otun üstünə yalın ayaqla addımlayın.
7. Dərindən nəfəs alın.
8. Bir fincan çay hazırlayın.
9. İsti vanna qəbul edin.
10. Ev heyvanınızla və sevdiklərinizlə vaxt keçirin.
Sinir sistemini tənzimləmək üçün digər üsullar
Mütəxəssislərin son tövsiyələri əhval-ruhiyyəni yüksəltmək və ya endirməkdən daha çox tarazlamağa yönəlib.
1. İçinizdəki, uşaqla əlaqə saxlayın. Onu sevin və sevindirin.
2. Nəfəs alma məşqləri edin.
3. Rammatik və ya orfoqrafik səhvlərdən narahat olmadan fikir və hisslərinizi dəftərinizə yazın.
Dr. Holly Richmond bizə xatırladır ki, sağlam sinir sistemi çevik sinir sistemidir. Bu cür təcrübələr sinir sistemimizi tarazlamağa (tənzimləməyə) öyrədir. Bu təcrübələrin üstünlüyü isə odur ki, təcrübələr bədən-ağıl əlaqəmizi də gücləndirə bilər. Bu isə daha sağlam sinir sistemi və daha psixoloji balanslaşdırılmış vəziyyət deməkdir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
