İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
Belə ki, C vitamini orqanizmdə gedən çox prosesdə iştirak edir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz (poroşok) şəklində C vitamininin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan aşağıdakı xəstəliklərdə qəbul edilir:
-Qanazlığında və orqanizm taqətdən düşdükdə (zəiflədikdə);
-Aterosklerozda;
-Zəifləyəndə və yoluxucu xəstəliklərdə (skarlatina, difteriya, pnevmaniya, göy öskürək və s.);
-Ləng sağalan yaralarda;
-Sinqa sümüyünün bitişməsini sürətləndirir;
-Böyrək daşı xəstəliyində,qaraciyərdə daş olanda və s.
Qan azlığında: 5 x.qaşığı əzilmiş itburnu meyvəsini 1 litr su töküb 10 dəq. qaynatmaq. Gecəni termosda dəmləmək. Sutka ərzində içmək lazımdır.
Həddən artıq yorğunluqda (üzülmədə) itburnu həlimi bərpa olunmağa (sağalmada) çox kömək edir. İtburnunu dəmləyib çay, kofe əvəzinə gündə 3-4 dəfə içmək lazımdır.
Azərbaycanın “Qırmızı Kitabı” na daxil edilməsi zəruridir.
Mənbə: Sağlam Həyat
Tərcümə etdi: Səmayə Qədirova
