Bu gün:

Niyə ac olmasaq da yemək yeyirik?


Günümüzün əhəmiyyətli bir hissəsini yeməklə keçiririk. Yemək yaşamaq üçün vacib bir ehtiyacdır, lakin bəzən ehtiyacımızdan asılı olmayaraq yeyirik. Bəs ac olmadıqda belə bizi yeməyə təşviq edən səbəblər hansılardır?

Duz, yağ və ya zərif şəkərlə zəngin qidalar ‘həzz mərkəzi’ hipotalamusu stimullaşdırır. Bu qidaları görəndə və ya qoxusunu duyduqda, əvvəlki təcrübələrimizdə bu qidaları yeməkdən aldığımız həzzi xatırlayırıq. Buna uyğun olaraq, ac olmasaq da,  yemək istəyi hiss edirik.

Yorğun olduğumuz üçün yeyirik

Leptin və qrelin aclıq və toxluq hisslərini tənzimləyən hormonlardır. Leptin iştahı boğmağa çalışır, qrelin isə aclıq siqnallarını artırır. Kifayət qədər istirahət etmədiyimiz zaman bədəndə daha çox qrelin və daha az leptin ifraz olunur və bu, bədənimizin qidaya ehtiyacı olmasa belə, aclıq hiss etməyimizə səbəb olur.

Çünki biz özümüzü çox məhdudlaşdırırıq

Müəyyən qidaları yeməkdən qaçmaq üçün özümüzü çox məhdudlaşdırdığımızda və ya arıqlamaq üçün intensiv enerji məhdudiyyətinə getdiyimiz zaman, bir müddət sonra bu məhdudiyyət hissi bizi daha çox yeməyə təşviq edir və ac olmasaq da özümüzü yemək yeyərkən görürük.

Əhval-ruhiyyəmizi yüksəltmək üçün

Qəzəbli və ya kədərli hiss etdiyimiz zaman yemək, emosiyalarımızdan daha çox diqqətimizi yeməyə yönəltməklə və zövq verməklə əhvalımızı yaxşılaşdıra bilər. Ancaq bu olduqca təhlükəlidir. Özümüzü pis hiss etdiyimiz zaman yeməkdən xoşbəxt olmaq əvəzinə tapmacalar həll etmək, kitab oxumaq, idman etmək kimi müxtəlif fəaliyyətlərə müraciət etməliyik.

İctimailəşdirmək

Dostlarımız və ya ailəmizlə vaxt keçirmək istədikdə, planlarımıza tez-tez yemək və içməyi də daxil edirik. Kofe içməyə çıxanda atmosferi daha dadlı etmək üçün desert sifariş edirik və ya kinoya gedəndə popkorn alırıq. Belə vaxtlarda yemək zərurətdən çox sosiallaşma vasitəsinə çevrilir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Bənövşə Bağırova










Paylaş
Şərh əlavə et