
Avstraliyanın Sidney Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar hətta sadə hərəkətlərin də sağlamlıq üçün nə qədər vacib olduğunu ortaya çıxarıb. Araşdırma çərçivəsində 25 min yetkin insana nəzarət edilib. Nəticələrə görə, evdə hər hansı bir fəaliyyət zamanı pilləkənlərlə qalxmaq və ya döşəmə silmək, eləcə də oturub ayaq üstə durmaq kimi sadə hərəkətlər sağlamlığı qoruyur. Tədqiqatçılar gün ərzində ağla gələndə 10 dəqiqə edilən bu cür fəaliyyətlərin infarkt və iflic riskini azaltdığını müəyyən ediblər.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
