Qadınlarda, xüsusilə, menopoz zamanı hormonal sistem dəyişdikcə sümük quruluşu da dəyişir. Mütəxəssislər postmenopozal dövrdə başlayan diz, sümük və oynaq ağrılarının gecikmədən izlənilməsi lazım olduğunu bildirirlər. Əks halda, diz ağrısı qalıcı ola bilər.
Menopoz qadınların həyatında ən xüsusi dövrlərdən biridir. Bu proses zamanı qadınların orqanizmində hormonların təsirindən çox fərqliliklər yarana bilər. Bunlardan biri diz ağrısıdır. Ortopediya və Travmatologiya Mütəxəssisi Dos. Dr. Tuğrul Ergün diz oynaqlarının gündəlik həyatda ən aktiv istifadə edilən oynaqlar arasında olduğunu söyləyərək, "Əyilmə, dönmə, açılma və yıxılma ilə yanaşı bədənin yükünü daşıdığı üçün aşınmaya və zədələnməyə qarşı həssas oynaqdır. Xüsusilə, aktiv şəkildə hərəkət edənlərdə ani diz yaralanmalarına rast gəlməklə yanaşı, uzun müddətdə başlayan, yavaş və məkrli şəkildə irəliləyən yaşlanma ilə bağlı kiçik zədələrin yığılması nəticəsində meydana gələn diz ağrılarına da tez-tez rast gəlinir".
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
