Bu gün:

Ağcaqanadlar hansı qan qrupunu sevir?


Onların sizi dişləməməsi üçün hansı rəngdə geyinməlisiniz? 

Alimlər aşkar ediblər ki, dünyada insanların təxminən 20 faizi ağcaqanadları daha çox "cəlb edir". Florida Universitetindən Dr.Phil Koehler, barmaq izləri kimi insandan insana dəyişən maddələr mübadiləsi və bədən kimyasının ağcaqanadların hədəflərinin müəyyən edilməsində mühüm rol oynadığını qeyd edib. Yaponiyada aparılan bir araşdırmaya görə, ağcaqanadlar "O" qan qrupu olan insanları "A" qan qrupu ilə müqayisədə iki dəfə çox dişləyir. Tədqiqatçılar bildirirlər ki, ağcaqanadlar "O" qrupunu daha "dadlı" görürlər.

ABŞ-da aparılan bir araşdırma göstərir ki, pivə içmək ağcaqanad dişləmələrinə məruz qalma ehtimalını artırır. Temperatur 100 dərəcə yüksək olduğu üçün bu, orqanizmin tər vasitəsilə ağcaqanadları cəlb edən maddələri ifraz etməsinə səbəb olur. Bədənimizin tərkibindəki karbon qazı və laktik turşu kimi maddələr ağcaqanadlara ovlarını daha asan tapmağa kömək edir. Beləliklə, əgər qaçırsınızsa və ya məşq edirsinizsə, daha sürətli nəfəs aldığınız və tərlədiyiniz üçün dişlənmə riskiniz daha da yüksəkdir. Araşdırmalar göstərir ki, fiziki fəaliyyət dişləmə riskini 50 faiz artırır. Ağcaqanadları ən çox cəlb edən iki rəng qara və qırmızıdır. Ən az cəlbedici rəng isə sarıdır.

Mənbə: Memurlar Net

Tərcümə etdi: Tahirə Bağırzadə


Paylaş
Şərh əlavə et