Payızın sevimlilərindən olan xrizantema müxtəlif rənglərdəki çiçəkləri ilə bağları və eyvanları bəzəmək üçün ideal seçimdir. Xrizantema Şərqi Asiyaya aid bir bitkidir. Qırxa yaxın çoxillik növü var, uzunömürlü olduğunu söyləmək olar. Tez böyüyür, yarpaqlarını tökür və özünü yeniləyir.
Xrizantema çiçəyinin mənası nədir? Nəyi təmsil edir?
Xrizantema çiçəklərinə payız papatyaları da deyilir. Yazın sonundan payızın sonuna qədər çiçək açır. Çoxlu çiçəkləri olan məhsuldar budaqları var və kollu bir görünüşə malikdir. Qəbiristanlıqlarda bu xüsusi güllərdən istifadə Birinci Dünya Müharibəsinə təsadüf edir. 1918-ci il noyabrın 11-də müharibəni sona çatdıran atəşkəs müqaviləsinin imzalanması ilə xrizantema ilk dəfə əsgərlərin dəfn mərasimlərində istifadə olunmağa başlandı. Xrizantemalar payız soyuqlarından təsirlənməyən güclü bir quruluşa sahibdirlər. Bununla belə, dözümlülük səviyyələri onların növündən asılı olaraq dəyişir. Ümumiyyətlə, kiçik çiçəkləri olanlar böyük çiçəklilərdən daha davamlıdır.
Xrizantema əkmək üçün ən yaxşı vaxt martdan may ayına qədərdir. Həm də hər il fevral-mart aylarında əkilə bilər.
Bunlar quru vaxtlarda müntəzəm suvarmadan başqa çox az qayğıya ehtiyacı olan çiçəklərdir. Torpağı heç vaxt quru olmamalıdır. Xüsusilə qablarda yetişdirilirsə, əlavə qayğı göstərilməlidir. Çünki qapalı qablar yağış suyundan məhrumdur. Çiçəyin yaxşı inkişafı üçün nəmli torpaq çox vacibdir. Bundan əlavə, küf kimi problemlərin qarşısını almaq üçün yarpaqları davamlı islatmağa ehtiyac duymayan bir bitkidir.
Bağ bəzəyinə çox yaraşan çiçəklərdən biridir. Xüsusilə, çöl tərəfə ucaldılanda həm içəridən, həm də xaricdən asanlıqla görünmələrini təmin edir. Çoxsaylı çiçəkləri ilə möhtəşəm bir atmosfer yaradır. Kəsmə çiçəklər arasında da çox məşhur olan xrizantema mövsümi buketlərin vazkeçilməzdir.

Terrası, balkonu və ya pəncərə önünü bəzəmək üçün ən yığcam və təhlükəsiz dibçəklərdə olanlara üstünlük verilməlidir.
Xrizantema çiçəyinin mənası nədir?
Dünyanın bütün mədəniyyətlərində xrizantema çiçəyi xoşbəxtlik və nikbinlik simvoludur. Bəzi ölkələrdə qalaktikanın ən böyük ulduzu olan günəşin simvolu hesab olunur.
Xrizantema yarpaqları mükəmməl düzüldüyü üçün yaponlar onun mükəmməlliyi təmsil etdiyinə inanırlar. Bu bitki məşhur filosof Konfutsinin meditasiya obyektinə çevrilməsini tövsiyə etdiyi bir çiçəkdir. Noyabrda və payızda çiçək açdığına görə adını bu aydan almışdır. Onun rəngləri müxtəlif mənalarla əlaqələndirilir.
Sarı Xrizantema əbədi və həqiqi sevgini simvollaşdırır.
Çəhrayı Xrizantema yeni çiçək açan məsum sevgi deməkdir.
Qırmızı Xrizantema ehtiraslı və şiddətli sevginin simvoludur.
Ağ Xrizantema saf və məsum sevgi deməkdir.
Bu çiçəyin rəngindən asılı olmayaraq qiymətləndirildikdə fərqli mənalar verir. Bu, əsl dostluq, sədaqət və yaxşı əhval-ruhiyyə, sevinc, sağlamlıq, şəfa, davamlı yenilənmə və həyatı simvollaşdırır.
Mənbə : Sabah Gazetesi
Tərcümə etdi: Zəhra Niftiyeva
