Qapalı məkanların çox şiddətli qorxusu mənasını verən klostrofobiya fobiyanın bir növüdür. Fobiya sözünü heç bir məntiqi əsası olmayan şiddətli qorxu kimi təyin edə bilərik. Bu qorxu hissi obyekt və ya vəziyyətə qarşı ola bilər. Dar boşluq qorxusu olaraq da bilinən klostrofobiya, insanın qapalı məkanlarda qalması zamanı yaranan güclü qorxu hissidir. İnsan həyatında hər zaman müəyyən sərhədlər içərisində olan və həyatın bir parçası olan qorxu hissi heç bir məntiqi əsası olmayan və gündəlik işlərinizi edə bilməyəcəksə, bu, sağlamlıq probleminə çevrildiyini göstərir. Klaustrofobiya məhz belə bir vəziyyətdir.

Klostrofobiyanın kökündə genetik meylin və həyat təcrübələrinin təsirlərinin yatdığı düşünülür. Mümkün həyat təcrübələrinə uşaqlıqda qapalı qalmaq, uşaqlıqda və ya daha sonrakı həyatda liftdə sıxışmaq və ya titrəyişli təyyarə səfəri zamanı qorxmaq kimi ciddi narahatlıqlar daxildir. Uşaqlıqda yaşanan zorakılıq və təzyiq kimi travmaların da klostrofobiyanın meydana gəlməsində təsirli olduğu düşünülür.
Ən çox rast gəlinən fobiyalardan biri olan klostrofobiya kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Hər yaşda baş verə bilsə də, daha çox uşaqlıq və yeniyetməlik dövründə yaşanır. Klostrofobiyası olan insanlar tez-tez liftə və ya təyyarəyə minməkdən qorxur və izdihamlı otaqda və ya hər hansı qapalı məkanda böyük narahatlıq keçirirlər.
Fobiyanın tərifindən başlasaq, klostrofobiya kimi fobiyası olan insanların 75 faizində bu fobiya ilə birlikdə bir və ya bir neçə başqa fobiya da var.
Klostrofobiya nədən yaranır?
Klostrofobiyanın kökündə genetik meylin və həyat təcrübələrinin təsirlərinin yatdığı düşünülür. Mümkün həyat təcrübələrinə uşaqlıqda qapalı qalmaq, uşaqlıqda və ya daha sonrakı həyatda liftdə sıxışmaq və ya titrəyişli təyyarə səfəri zamanı qorxmaq kimi ciddi narahatlıqlar daxildir. Uşaqlıqda yaşanan zorakılıq və təzyiq kimi travmaların da klostrofobiyanın meydana gəlməsində təsirli olduğu düşünülür.
Klostrofobiyanın əlamətləri hansılardır ?
Klostrofobiyanın simptomları narahatlıq və panik ataklarda müşahidə olunanlara bənzəyir:
Çox güclü qorxu vəziyyəti
Hər şeyin nəzarətdən çıxdığını hiss etmək
Nəfəs almaqda çətinlik və boğulma hissi
Olduğun yerdən qaçmaq arzusu
Ağlamaq və qəzəblənmələr
Zərər çəkmək və ya hətta ölmək qorxusu
Tərləmə və titrəmə
Artan ürək dərəcəsi, sürətli nəfəs
Başgicəllənmə və ürəkbulanma
Bayılma və ya huşunu itirməkdən narahat olmaq
Başgicəllənmə, çaşqınlıq hissi
Qaçışlar da Klostrofobiyanın əlamətləridir
Klostrofobiyası olan insanlarda çətin vəziyyətdə olacağını düşündükləri yerlərdən uzaq durmaq və ya tədbir görmək kimi vərdişlər də yaranır. Məsələn, yuxarı mərtəbələrə çıxmaq lazım gəldikdə liftə minməkdənsə pilləkənlərlə çıxmağa üstünlük verirlər. MRT kimi qapalı qutuya daxil edilməli olan testlərə getməkdən çəkinirlər. Qapalı otaqda qalmalı olduqları zaman qapıya yaxın durmağa çalışırlar. Onlar nəqliyyatın tıxac olacağı ehtimal olunan marşrutlara girmir, insanların sıx olduğu saatlardan yayınırlar.
Klostrofobiya diaqnozu qoymaq üçün həkiminiz sizə çoxlu suallar verəcək. Bu sualları yönləndirməkdə məqsəd qorxunuzun şiddətini və vəziyyətin həyatınızın və sosial münasibətlərinizin nə dərəcədə təsirləndiyini anlamaqdır. Əgər insan 6 aydan çox qapalı məkanlara girmək qorxusunu yaşayırsa, qorxusundan qaçınma yaşayırsa, qorxularının reallıqla heç bir əlaqəsi yoxdursa, yəni qorxu tələb edən vəziyyət yoxdursa, qorxu onun işinə və ictimai həyatına ciddi təsir edir, klostrofobiya yaşamaq ehtimalı artar.
Mənbə: www.acibadem.com.tr
Tərcümə etdi: Ələsgərova Günay
