Bu gün:

Anemiya nədir?


Anemiyanın bir çox formaları var. Hər birinin öz səbəbi var. Anemiya qısa və ya uzunmüddətli ola bilər. Yüngüldən şiddətə qədər dəyişə bilər. Anemiya ciddi xəstəliklərin xəbərdaredici əlaməti ola bilər. Müalicəsi dərmanlar qəbul etməyi və ya tibbi prosesləri əhatə edir. Sağlam qidalanma bu xəstəliyin bəzi formalarının qarşısını ala bilər.

Anemiyanın simptomları səbəb və anemiyanın nə qədər ağır olmasından  asılıdır. Anemiya o qədər yüngül ola bilər ki, əvvəlcə heç bir əlamət göstərməyə bilər. Ancaq simptomlar adətən sonra baş verir və anemiya şiddətləndikcə daha da pisləşir. Əgər başqa bir xəstəlik anemiyaya səbəb olarsa, xəstəlik anemiya əlamətlərini gizlədə bilər.  

Anemiyanın müəyyən növlərində səbəbə işarə edən simptomlar var. Anemiyanın mümkün simptomlarına aşağıdakılar daxildir: 

Yorğunluq 

Zəiflik

Nəfəs darlığı

Solğun və ya sarımtıl dəri(qara və qəhvəyi dəriyə nisbətən ağ dəridə daha tez hiss olunur)

Qaydasız ürək döyüntüsü

Başgicəllənmə və baş ağrıları

Sinə ağrısı

Soyuq əllər və ayaqlar

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Yorğunluq və ya nəfəs darlığınız varsa və bunun səbəbini bilmirsinizsə, mütləq həkimə müraciət edin. 

Hemoqlobin adlanan oksigen daşıyan qırmızı qan hüceyrələrində zülalın aşağı səviyyədə olması anemiyanın əsas əlamətidir. Bəzi insanlar qan verərkən hemoqlobinin aşağı olduğunu öyrənirlər. Aşağı hemoqlobinə görə donor ola bilməzsiniz.

Mənbə: Moyo Clinic

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et