Autizm adətən ilk 3 yaşda başlayan və ömür boyu davam edən, həmin insanın ətrafdakılarla əlaqə qura bilməməsi şəklində ifadə edilən bir xəstəlikdir.

Autizmin səbəbi tam olaraq bilinmir, lakin genetik olduğu düşünülür. Autizmlilərin 10%i qeyri-adi dərəcədə ağıllı olduğu halda, 70%i zəka gerililiyi yaşayır. Autizmli olmaq onlara məktəbdə, evdə, iş yerində bir sıra çətinliklərlə qarşılaşmasına səbəb olur. Autizmli uşaqlarda, əsasən, aşağıdakı göstəricilər özünü göstərir:
Ətrafdakılarla maraqlanmazlar
Danışmağı öyrənsələr belə yenədə eyni sözü təkrar edərlər
Fiziki təmasdan xoşları gəlməz
Adı ilə çağırılanda reaksiya verməzlər
Tez-tez yemək problemi ilə üzləşirlər
Özlərinə zərər verə biləcək fəaliyyətlərlə məşğul olurlar
Bəziləri inadçı ola bilirlər
Yalandan inanma kimi bir xasiyyətləri var
Autizm əlamətlərinə sahib, lakin bütün əlamətlərin özünü göstərmədiyi insanlara isə atipik autizm təşhisi qoyulur. Ancaq bu xəstəlik haqqında hələ də bəzi fərqli fikirlər vardır. Bütün bunlara baxmayaraq, autizm əlamətləri olan insanları həkim yanına göndərilməlidirlər.
Mənbə: Acıbadem.com
Tərcümə etdi: Aytac Musayeva
