Bu gün:

Suyun əhəmiyyəti


Su vacib bir qidadır və insan orqanizmində mühüm rol oynayır. Yeməksiz bir neçə həftə yaşaya bilərik,ancaq su olmadan yalnız bur neçə gün yaşaya bilərik. Bədəndəki hər bir sistem hüceyrə və toxumlardan tutmuş həyati orqanlara qədər işləmək üçün suya ehtiyac duyulur .

Bunu bilirdinizmi?

Su bədənimizdəki və beynimizdəki bütün hüceyrələri oksigenlə təmin edən qidaları daşıyır. Su orqanizmə mineralları, vitaminləri, amin turşularını, qlükozanı və digər maddələri udmaq və mənimsəmək imkanı verir. Su toksinləri və tullantıları xaric edir. Su bədən istiliyini tənzimlənməsinə kömək edir. Su oynaqlar və əzələlər üçün sürtkü kimi çıxış edir. 

2010 cu ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) su üçün Pəhriz İstintaq Dəyərləri haqqında elmi rəyini dərc etdi; Bu kişilərin və qadınların yaşlarından asılı olaraq gündə neçə dəfə su içməli olduqlarına dair aydın tövsiyələr verir. Bu rəy həm də gündəlik su qəbulu ilə bağlı milli qaydaların nəşrinə zəmin yaratmışdır. 

Mənbə: Suder

Tərcümə edti: Nuray Mürsəlova 


Paylaş
Şərh əlavə et