Bu gün:

Tez müddətdə saç uzatmanın üsulları


Çox sevdiyiniz və dəyər verdiyiniz saçlarda kiçik də olsa bəzi dəyişikliklər edirsiniz. Əslində, kiçik dəyişikliklərlə məhdudlaşmırsınız, rəngləmə və ya formalaşdırma proseslərini tətbiq edirsiniz. İllər ərzində düşüncələriniz və üslubunuzla fərqli sahələrə üz tutduqca, siz də hansısa şəkildə saçınızı üslubunuzla uyğunlaşdırırsınız. Bəzən qısa saçdan uzun saça qayıtmaq istədiyiniz bir prosesə girirsiniz və səbrlə gözləməli olursunuz . Bu prosesi düzgün idarə etməklə sağlam və güclü saçlara sahib ola bilərsiniz . 

Bəs sürətli saç uzatmanın üsulları hansılardır? Saçların uzanma prosesini sürətləndirə və praktik şəkildə həyatınıza əlavə edə biləcəyiniz 5 gözəl tövsiyəni sizin üçün hazırladıq ....

5 maddədə sağlam saçların böyüməsi üçün tövsiyələr: 

Əvvəla, sağlamlıq hər şeydir desək yanılmarıq. Həyatınızda özünüzə yaxşı qulluq etmək bütün vücudunuz üçün vacibdir. Unutmamalısınız ki, özünüzü sevmək və bədəninizə yaxşı qulluq etmək gələcək illəriniz üçün böyük bir sərmayədir.  

1. Saçların uzanması ilə yanaşı diqqət etməli olduğunuz məsələlərdən biri də sağlam qidalanmaqdır. Yediyiniz və içdiyiniz hər şeydən asılı olaraq, vücudunuz sizə geri dönəcəkdir. İşlənmiş və qablaşdırılmış qidalardan mümkün qədər uzaq da yaşamaq özünüz üçün edə biləcəyiniz ən yaxşı yaxşılıqlardan biridir.

2. Tərkibində zülal olan qidaların qəbulu ümumi sağlamlığınız üçün müsbət nəticələr verir və buna uyğun olaraq saçlarınızın uzanma sürəti də dəyişir. Yemək planınıza meyvə və tərəvəzləri də daxil etsəniz inanılmaz dərəcədə yaxşı nəticələr əldə edə bilərsiniz. 

3. Saçlarınız üçün diqqət etməli olduğunuz başqa bir şey də suyun temperaturunu yaxşı tənzimləməkdir. Unutmamalısınız ki,saçınızı çox isti su ilə yumaq daha çox təmizlik demək deyil. Saçınıza zərər verməmək üçün saçınızı ilıq su ilə yumaq daha yaxşı olar. 

4. Saçlarınızı darayan zaman çox yumuşaq davranmalısınız. Bilirsiniz ki, çox incə olduqları üçün onlarla yaxşı davranmaq lazımdır. Xüsusilə yaş saçlarınızı yavaş və incə hərəkətlərlə darasanız müsbət nəticələr əldə edə bilərsiniz. 

5. Saç qurutma maşınından istifadə edərkən saçlarınızın yorulmaması üçün orta və ya aşağı istilik seçməlisiniz. Saç düzəltmək lazım olanda köməyə buruqlar və ya düzləşdiricilər gəlir, elə deyilmi?

Ancaq düzləşdirmə və qıvrım prosesini tez-tez təkrarlamaq saçlarınızda kiçik bir qarışıqlığa səbəb ola bilər və bu sizi narahat edər . 

6. Şampunlama mərhələsində isə barmaqlarınızın ucu ilə yumşaq və yavaş hərəkətlərlə saçlarınızın köklərini masaj edərək saçlarınızın böyümə sürətinə töhfə verə bilərsiniz. 

Mənbə: Oxxo 

Tərcümə etdi:Nuray Mürsəlova 

  




Paylaş
Şərh əlavə et