Demək olar ki, hər kəsdə vaxtaşırı baş verən kəpək, yaşa və cinsə görə yaranan bir problem deyil. İnsanın ümumi sağlamlığına mənfi təsir göstərməsə belə, kəpək saç və baş dərisinin görünüşünə mənfi təsir göstərir. Kənardan belə görünən və saçlara yağlı görünüş verən kəpək asan həll olunası problem deyil. Həll edilsə belə, təkrarlanmağa meyllidir. Kəpəkdən xilas olmaq üçün bir çox üsullar var.
Saçdakı kəpəyə səbəb nədir? Kəpək görünüşünə və qaşınmasına görə heç kimin saçında istəmədiyi bir dəri problemidir. Ümumiyyətlə, insanın dəri tipi, saçını yuma tezliyi, istifadə etdiyi şampun, yaşadığı yerin havasının quruluğu kimi səbəblərdən kəpək yarana bilər. Xüsusilə, baş dərisinin susuzlaşması və quruması kəpəyə səbəb olur. Saçınızı az-çox yumaq da kəpəyin əmələ gəlməsinə səbəb olur. İstifadə olunan şampunların tərkibində olan kimyəvi maddələr saç dərisinin təbii quruluşunu pozur və bu da yenidən kəpəyə səbəb olur. Mineral və vitamin çatışmazlığı, stress və genetik dəri xəstəlikləri də kəpəklə nəticələnir.
Saçdakı kəpəkdən necə qurtulmaq olar?
Hər kəs saçındakı kəpəkdən dərhal və asanlıqla xilas olmaq istəyir. Bəs saçdakı kəpəkdən necə qurtulmaq olar? Kəpəkdən qurtulmağın ən asan yolu kəpəyə qarşı şampunlardan istifadə etməkdir. Bundan əlavə, saç həftədə 2 və ya 3 dəfə yuyulmalıdır. Yuma zamanı soyuq və ya isti su istifadə edilməməlidir. Digər tərəfdən alma sirkəsi, hindqozu yağı və çobanyastığı suyu kimi təbii üsullardan da saç köklərinin təbii nəmliyini bərpa etmək olar.
Mənbə: Haberturk
Tərcümə etdi: Rəhimə Cəmilova
