Əsnəmək insanın iradəsindən asılı olmayaraq baş verən hərəkətdir, həm də üz refleksidir. Əsnəməyi idarə edən mərkəz beyindədir, hipotalamus adlanır.

Əvvəllər əsnəməni yorğun olan zaman beyində oksigen qıtlığını aradan götürmək üçün baş verən bir proses kimi başa düşürdülər. Aparılan araşdırmalardan sonra bəlli oldu ki, əsnəmə tənəffüs prosesində o qədər də önəmli rola malik deyil.
İnsanlarda əsnəmə prosesi ana bətnində olarkən baş verir. Uşaq 11 həftədən etibarən əsnəyə bilir. Daxildə olan oksigenin miqdarı da buna təsir göstərir. Əsnəmə həm də yuxuya bağlı olan bir prosesdir. Belə ki, beyni oyaq saxlamaq üçün və yatmağın qarşısını almaq üçün əsnəmə baş verir. Əgər insan əsnəyəndən sonra yatmazsa, yuxusu bir müddət sonra qaçacaq.
Əsnəmə insanın duyğuları ilə də bağlı baş verən bir prosesdir. İnsan sakit mühitdə darıxdığı zaman hipotalamusa bununla bağlı siqnallar ötürülür və əsnəmə prosesi baş verir, depomin və serotin hormonları (xoşbəxtlik hormonu) dövrəyə girir.
Mənbə: TurpKimi.com
Tərcümə etdi: Uğur Hacıyev
