
Araşdırmalara görə insanların 60%-i adi bir söhbət zamanı orta hesabla 2-3 yalan danışır. Qəbul etmək çətin olsa da, bir faktdır. Amma təəssüf ki, ən yaxın dostlarınız belə sizə yalan danışır.
Haas Biznes məktəbindən Leanne Ten Brink tərəfindən aparılan araşdırmaya görə yalanları aşkar etməkdə çoxumuz kifayət qədər yaxşı instinktlərə malik olsaq da, özümüzü intuisiyamızın bizə söylədiklərinə inanmamağa inandırmağa meyilliyik.
Xoşbəxtlikdən, Dr.Brinkin işi obyektiv olan və insanların dürüstlüyünü dəqiq qiymətləndirmək üçün istifadə edə biləcəyimiz sübutlarla dəstəklənən fizioloji və davranış dəyişikliklərinə işarə edir:
1. Ağızlarını bağlamağa çalışırlar: İnsanlar adətən yalan danışarkən ağızlarını bağlayarlar, hətta əlini ağzına doğru hərəkət etdirmək belə yalana işarə edir. Bu şüursuz bədən dili ünsiyyəti pozmaq səylərini əks etdirir. İnsanlar instinktiv olaraq yalan danışarkən baş, boyun və qarın kimi həssas yerlərini örtməyə çalışırlar. Çünki yalan danışmaq onları müdafiəsiz və hücuma qarşı həssas hiss etdirir.
2. Özlərini təkrarlayır və çoxlu təfərrüat verirlər: Yalançılar səssizliyə nifrət edirlər, ona görə də daha çox danışmaqla boşluqları doldurmağa çalışırlar. Lazım olandan və ya arzu olunandan daha çox məlumat verirlər.
3. Sözləri və bədən dili uyğun gəlmir: Sözlərlə yalan danışmaq sadədir. Ancaq bədənimiz həqiqəti bilir və göstərir. Birinin sizə yalan danışdığını göstərən ən açıq əlamətlərdən biri onun sözlərinə ilə bədən dilinin uyğun gəlməmsidir. Məsələn: kimsə şəxsi problemləri haqqında əsəbi bir şey danışır, ancaq bu zaman gülümsəyir və həyəcandan xəbər verən əl hərəkətləri edirsə.
4. Nəfəsalma formaları dəyişir: İnsanlar yalan danışarkən refleks olaraq daha ağır nəfəs almağa başlayırlar. Çünki yalan ürək döyüntülərində və qan axınında dəyişikliklər yaradır.
5. Tipik göz hərəkətlərində dəyişikliklər olur: Deyirlər ki gözlər ruhun pəncərəsidir. Bu, xüsusilə, yalan danışarkən doğrudur. Yalan danışan insanlar tez-tez qapıya, şüursuz qaçış yoluna baxırlar.
6. Onlar aqressiv olurlar: Yalançılar heç bir səbəb olmadan söhbət zamanı aqressivləşə bilərlər. Digər hallarda, gözlərini qırpmadan həddindən artıq göz təması saxlamaqla narahat dərəcədə dürüst görünməyə çalışırlar.
7. Onlar tərpənirlər: Onlara inanmayacağınızdan narahat olduqları üçün saçları ilə oynayaraq əsəb enerjilərini buraxmağa çalışırlar. Ayaqları qımıldadmaq yalan danışmaqla əlaqəli sinir enerjisinin ümumi ifadəsidir. Ayaq hərəkət etməyə başlayır, çünki yalançı özünü müdafiəsiz hiss edir və bədəni qaçmaq istəyir.
Mənbə: MedicalPark.com
Tərcümə etdi: Günay Məmmədova
