
Mitomaniya bir yalan danışma xəstəliyidir. Onlar yalan danışdıqlarının fərqində deyillər. Öz düşüncə tərzlərini “sehrli düşüncə” adlandırırlar. Təxəyyülləri ilə çıxardıqları düşüncələrin həqiqətliyinə inanırlar. Uşaqlarda normal sayılan bu vəziyyət böyüklər üçün patolojidir.
Göstəriciləri:
• Normal insanlar yalan danışarkən utanc və günahkarlıq hiss edə bilər amma mitomanlarda belə bir
vəziyyət yoxdur.
• Çox vaxt çox gözəl və təsir edici, fantastik yalanlar danışırlar. Reallıq və fantastika bir -birinə qarışdıqda inandırıcı ola bilər.
• Demək olar ki öz yalanlarına inanırlar.
• Əvvəlki yalanlarını dəstəkləmək üçün daim yeni yalanlar uydururlar.
• Çox vaxt bu yalanın məqsədi olmaya bilər, bu da o deməkdir ki, onlar bundan hər hansı bir qazanc əldə etmirlər.
• Çox üstün şifahi nitq qabiliyyətinə malik olurlar.
• Yüksək narahatlıq vəziyyətlərində daha çox yalan danışırlar.
• Onlar bəzən hətta yalan dedektorunda belə tutulmuşlar. Çünki onlar yalan dedektorunda başqa insanların etdiyi fiziki reaksiyaları vermirlər.
• Onlar xəstə olduqlarının fərqində deyillər.
Müalicə üsulları:
Müalicə, müalicə alan şəxs vəziyyətini qəbul etdikdə ən yaxşı nəticə verir. Əgər, şəxs müalicəyə məcbur edilirsə, onun əməkdaşlıq etmə ehtimalı azdır. İdeal olaraq terapiyası olan şəxs kömək lazım olduğuna inanacaq və dəyişmək üçün səmimi səy göstərəcəkdir.
Mənbə: MedicalPark.com
Tərcümə etdi: Günay Məmmədova
