
Tarixin hər dövründə eşitmə qüsurlu və lal olan insanlar öz aralarında ünsiyyət qurmaq üçün müxtəlif dillər inkişaf etdirmişlər. Bu mənada ilk rəsmi addımı Fransa atmışdır. 1770 ci illərdə eşitmə qüsürlü insanların istifadə etdiyi, əl hərəkətləri, qrammatik və quruluşlu bir dil olaraq qəbul edilərək, məktəblərdə öyrədilməyə başlandı. Bütün dünyaya yayılmağa başlayan işarə dilinin növbəti mərhələsi Amerika oldu. Karlar üçün ilk məktəb 1817 ci ildə Tomas Qallaudet tərəfindən açılmışdır. Hal-hazırda Qallaudet universteti kimi tanınan məktəb yalnız eşitmə qüsurlu şəxslərə təhsil verən və işarət dilini öyrədən ilk məktəb olaraq, tarixdə yerini aldı. Övliya Çələbinin yazılarına əsaslanaraq əldə edilən məlumatlara görə eşitmə qüsurlu şəxslər Osmanlı məhkəmələrində ünsiyyət qurmaq üçün xidmət edirdilər. Osmanlıda eşitmə qüsurlu insanlar üçün ilk məktəb II Əbdülhəmidin dövründə açıldığı məlumdur.
Mənbə: Kültür ve yaşam
Tərcümə etdi: Aynur Mikayılova
