Alimlər şizofreniya xəstələrinin siqaretə genetik meylinin olduğunu aşkar ediblər.
Medicalxpress-in məlumatına görə, Oslo Universitetinin Norveç Psixi Pozğunluqlar Araşdırma Mərkəzindən Dr. Linn Rodevandın rəhbərlik etdiyi tədqiqat qrupu şizofreniya və ürək-damar xəstəliyi (CVD) risk faktorları arasındakı əlaqəni araşdırıb.
Alimlər şizofreniya və KVH risk faktorları, xüsusən də siqaret çəkməyə başlama və bədən kütləsi indeksi arasında geniş genetik üst-üstə düşdüyünü müəyyən ediblər.
Tədqiqatçılar şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşmənin şizofreniya xəstələrinin nikotinin asılılıq xüsusiyyətlərindən daha çox təsirlənə biləcəyinə işarə ediblər.
Elm adamları xüsusilə şizofreniya xəstələrinin nikotinin daha gücləndirici təsir göstərdiyini və nikotin çatışmazlığı halında daha şiddətli “çəkilmə simptomları” göstərdiyini iddia edərək, bu insanlar üçün “siqaret çəkməyin bir növ öz-özünə dərman ola biləcəyini” ifadə ediblər.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
