Bu gün:

Ertələmək xəstəliyi nədir?


Ekspertlər müasir insanlar ən böyük problemlərindən biri olaraq ertələmək xəstəliyinin meydana gəldiyini bildirir və ertələmə etməkdən nə qədər peşman olunsa da, ertələmək tələsi bir o qədər çox düşüldüyünü qeyd edirlər.

Bu xəstəliyin arxasında bir iradə və ya tənbəllik problemi olmadığı qeyd edilir.

"Procrastination" olaraq da bilinən ertələmək xəstəliyi,insanın çatdırılmalı olan işləri saxlaması, etməkdən qaçması ya da tez-tez ertələməsi olaraq da bilinir.

Ertələmək xəstəliyinin ilkin göstəriciləri nələrdir?

Ertələmək xəstəliyinə sahib insanlar çoxunluqla edilməsi lazım olan və ya edilməsi özündən gözlənən işlərdən tez-tez boyun qaçırmaq. Məsələn, gün ərzində bəs qədər vaxtı olan insan dərsini və ya bitməsi vacib olan işi etmək üçün təyin etdiyi saat gəldikdə araya başqa bir iş qatır. Bu davranış artıq təkrar-təkrar baş verirsə, bir müddət sonra alışqanlıq halına gələn bu vəziyyət xroniki ertələmə davranışını ortaya çıxarır.

Ertələmə xəstəliyinin səbəbi nədir?

İnsan hər işini ertələməyə başlayıbsa və bu vəziyyət günlük rutin həyatına təsir edirsə, Procrastination başqa adla ertələmək xəstəliyinə sahib olduğu fikirləşilir. Ertələmək xəstəliyinin səbəbləri arasında bunlarda yer alır:

1.Motivasiya əskikliyi

2.Vaxtı düzgün istifadə etməmək

3.Mükəmməliyətçilik 

4.Xarakterə uyğun olmayan iş

5.Məlumat əskikliyi

Mənbə: npistanbul

Tərcümə etdi: Hadizadə Nailə

Paylaş
Şərh əlavə et