Bu gün:

Ertələmək xəstəliyi nədir?


Ekspertler, müasir insanlar ən böyük problemlərdən birini ertələmək xəstəliyi meydana gəldiyini bildirirlər. 

Bu xəstəliyin arxasında bir iradə və ya tənbəllik problemi olmadığı qeyd edilir.

"Procrastination" olaraq da bilinən ertələmək xəstəliyi insanın çatdırılmalı olan işləri saxlaması, etməkdən qaçması ya da tez-tez ertələməsi olaraq da bilinir.

Ertələmək xəstəliyinin ilkin göstəriciləri nələrdir?

Ertələmək xəstəliyinə sahib insanlar çoxluqla edilməsi lazım olan və ya edilməsi özündən gözlənən işlərdən tez-tez boyun qaçırırlar. Məsələn, gün ərzində kifayət qədər vaxtı olan insan dərsini və ya bitməsi vacib olan işi etmək üçün təyin etdiyi saat gəldikdə araya başqa bir iş qatır. Bu davranış artıq təkrar-təkrar baş verirsə, bir müddət sonra alışqanlıq halına gələn bu vəziyyət xroniki ertələmə davranışını ortaya çıxarır.

Ertələmə xəstəliyinin səbəbi nədir?

İnsan hər işini ertələməyə başlayıbsa və bu vəziyyət günlük rutin həyatına təsir edirsə, "Procrastination" başqa adla ertələmək xəstəliyinə sahib olduğu qeyd olunur. Ertələmək xəstəliyinin səbəbləri arasında bunlar da yer alır:

1. Motivasiya əskikliyi

2. Vaxtı düzgün istifadə etməmək

3. Mükəmməliyətçilik

4. Xarakterə uyğun olmayan iş

5. Məlumat əskikliyi

Mənbə: Npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et