Bu gün:

Çox yatmağın zərərləri


Yuxu həyatımızın ayrılmaz hissələri arasındadır. 14-17 yaş arası uşaqların gündə 10 saat yatması lazım olduğu halda, böyüklər üçün bu rəqəm 7-9 saat arasında dəyişir. Müntəzəm yuxu almaqla yanaşı, hər şeyin çoxunun zərərli olduğu atalar sözünü də unutmamaq lazımdır. Buna görə də lazım olduğundan çox yatmaq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Çox yatmağın zərərləri nələrdir?

Araşdırmalara görə çox yatmağın depressiya riskini artıran mühüm səbəblərdən biri olduğunu ortaya qoyub. Xüsusilə gənclər üçün depressiya ilə yatmaq daha böyük və riskli sağlamlıq problemlərinə səbəb ola bilər.

Piylənmə

Lazım olduğundan çox yatmağın başqa bir zərəri isə köklükdür. 2010-cu ildə aparılan bir araşdırma sübut etdi ki, çox yatmaq piylənmə və diabetə səbəb olur. 

Baş ağrısı 

Həddindən artıq yatmaq beyində neyrotransmitterlərdə dalğalanmalara səbəb olur və baş ağrılarına səbəb olur.

Ürək xəstəlikləri

Kardiologiya Dərnəyinin apardığı araşdırmaya görə, çox yatmaq bəzi ürək problemlərinə səbəb ola bilər. Bundan əlavə, çox yatmaq da nəfəs darlığı kimi problemlərə səbəb ola bilər. Yuxu saatlarınıza diqqət yetirərkən, yatdığınız mühitin düzgün havalandırıldığından əmin olun.

Mənbə: hürriyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova 


Paylaş
Şərh əlavə et