Bu gün:

3 addımda mənfi düşüncələrdən qurtulun


Daim fikirlisənsə, qarşı tərəfə həddindən artıq reaksiya verirsənsə, ya da səbəbsiz yerə ağlayırsansa, bəzi addımlar bu vəziyyəti yüngülləşdirə bilər.

Hər hansı bir böhran və ya vacib bir qərar qəbul etməli olduğumuzda çox düşünürük. Bizim bu davranışımız problemi həll etmir, həm də bizi lazımsız yerə yorur. Bu zaman düşüncələr bizi narahat edir, sanki beynimizdən qığılcımlar çıxır. Belə hallarla qarşılaşdığınız zaman nə edəcəyinizi bilirsinizmi?

• Diqqətinizi dağıdın

Nəyisə çox düşündüyünüz zaman diqqətinizi yayındıracaq bir fəaliyyət tapın. Əl fəaliyyəti tələb edən məşğuliyyət tapın. Çünki bu cür fəaliyyətlər düşüncə prosesinizə kömək edir. Əgər bu əhval-ruhiyyədə deyilsinizsə, trillerlərə baxın. Araşdırmalara görə, belə filmlərə baxdığınız zaman beyniniz və bütün hissləriniz bütünlüklə yaşadığınız ana və o an baxdığınız filmə fokuslanır.

• Tədbir görün

Harada və nə vaxt hərəkət etməyi bildiyiniz, ancaq qorxudan hərəkətə keçə bilməyəcəyiniz bir vəziyyətlə qarşılaşırsınızsa, çox kiçik bir addım da olsa, hərəkətə keçin. Daim ümid etmək, arzulamaq və ya dua etmək insanı heç yerə aparmır. Belə olan halda sadəcə olduğunuz yerdə dayanarsınız. Ancaq kiçik bir addımı atmaq belə sizi həvəsləndirəcək. Daha böyük addımlar üçün inam verəcək.

• Tələyə düşməyin

Yoxsa siz daima pul barədə narahat olub, hər gün bank hesabını yoxlayanlardansınız? Bu cür narahatlıqlar şüuraltı olaraq, özünüz də fərqinə varmadan daima beyninizi çox düşünməyə sövq edir. Fərqində olmasanız belə, bu mövzular gündəmə gələndə həddindən artıq reaksiya verə və çox xoşbəxt olarkən çox durğun bir əhval-ruhiyyəyə sahib ola bilərsiniz. Bu məsələ ilə bağlı başqalarından xəbərdarlıqlar alsanız, diqqətli olun. Və bu vəziyyətdən çıxmağa çalışın. Çünki lazımsız qayğı və qorxular lazımsız vaxt itkisinə səbəb olur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et