Düzgün qidalanma uzun müddət sağlam bir həyat keçirmək və xroniki xəstəliklərin qarşısını almaq üçün vacib əhəmiyyət daşıyır. Şəxsə özəl qidalanma planları, bir həkim və ya qidalanma mütəxxəsisi tərəfindən dəqiqləşdirilməlidir. Sağlam yaşam üçün düzgün qidalanma, fiziki məşğuliyyət və stresdən uzaq durmaq lazımdır.

Hamımız sağlam olmağı arzulayırıq. Bu arzunu reallaşdırmaq üçün düzgün qidalanmanın böyük əhəmiyyəti var. Bu isə özümüzdən asılıdır.
Düzgün qidalanmanın əsası nələrdir?
1. Alınan enerji miqdarına diqqət yetirilməli;
2. Yeməklər tez-tez və az olmalı;
3. Protein va karbohidrat miqdarına diqqət yetirilməli;
4. Yağ miqdarına önəm verilməli;
5. Təzə meyvə və tərəvəzdən daha çox istifadə olunmalı;
6. Su və maye qidalarına diqqət edilməlidir.
Mənbə: npistanbul
Tərcümə etdi: Hadizadə Nailə
