Bu gün:

Soyuducuya qoyulduqda zəhər saçır!


Biz, adətən, yemək və içkiləri soyuducuya qoymağa üstünlük veririk. Ancaq bəzi qidalar heç vaxt soyuducuya qoyulmamalıdır. Çünki bu qidalar soyuducuda saxlandıqda üzvi xüsusiyyətlərini itirir və dərhal xarab olur. Onlar, hətta bakteriya törədə bilirlər. Bu qidaların xarab olduğunu başa düşmək demək olar ki, qeyri-mümkün olur.

Bədəninizin sağlamlığını qorumaq üçün balanslı və sağlam qidalanmaq lazımdır. Bununla belə, istifadə etdiyiniz hər bir qidanın saxlanma şəraitinə də diqqət yetirməlisiniz.

Çünki bəzi qidalar var ki, onları heç vaxt soyuducuya qoymaq olmaz. Bu qidalar soyuducuda saxlandıqda orqanizm üçün təhlükəli ola, xəstəliklərə səbəb ola bilər. Həmin qidalardan bəziləri…

Qəhvə

Qəhvəni soyuducuda saxlamaq son dərəcə yanlışdır. Sevə-sevə istifadə edilən qəhvə soyuducuya qoyulduqda zaman keçdikcə onun dadı pisləşir. Soyuducunun soyuqluğu və rütubəti qəhvənin həm dadını, həm də görünüşünü korlayır.

Sarımsaq

Sarımsaq orqanizm üçün şəfa mənbəyidir. Antibakterial təsirə malik sarımsaq yalnız soyuducuda 2 gün saxlandıqda bakteriya əmələ gətirir. Bakteriya əmələ gətirən sarımsaq bədəninizi zəhərləyə bilər.

Kartof

Zövqlə yeyilən və dadından doyum olmayan kartof soyuducuda saxlandıqda az qala zəhər saçır. 

Soyuducuda bir gündən çox qalan kartof pisləşəcək, amma onların görünüşü eyni qaldıqda fərqinə varmırıq.  Bişmiş kartofu soyuducuda saxlamaq bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Pomidor

İllərdir yayılan yanlış fikirlərdən biri də pomidorun xarab olmaması üçün soyuducuda saxlanmasıdır.

Əslində, pomidor soyuducuya qoyulduqda soyuq hava səbəbindən üzvi quruluşu pozulur. Qabıqları qırışmış pomidorlarda bakteriya əmələ gəlməyə başlayır və istifadə edilən bu pomidorlar həzm xəstəliklərinə səbəb olur.

Mənbə: CNN TÜRK

Tərcümə etdi : Nuran Əhmədzadə 









Paylaş
Şərh əlavə et