Bu gün:

Gündə bir dəfə yemək yesək sağlamlığımızda nələr baş verər?


Bir çox insanlar hər 24 saatdan bir yemək pəhrizinə əməl edir, bu da if dieti olaraq bilinir. Bu pəhriz növü arıqlamaq,sağlam qidalanmaq və qidaya daha az pul xərcləmək kimi bir çox səbəblərə görə çox populyardır. Gündə yalnız bir dəfə yemək yesəniz, bədəninizdə hansı dəyişikliklərin baş verdiyi ilə maraqlanırsınızsa, gəlin baxaq:

1. Kilo ala bilərsiniz

Daha az qida qəbul etdikdə bədəniniz aclıq zehniyyətinə keçir və yediyiniz qidaları saxlamağa çalışır. Beləliklə, bədəniniz bu qidalardan ehtiyac duyduğu zaman  istifadə edir. Bir sözlə, bu halda metabolizmanızın yavaşladığını əminliklə deyə bilərik. Stress hormonu kimi tanınan kortizol istehsalı artır, bu da yağların yığılması prosesini sürətləndirir.

2. Qan şəkərinizin səviyyəsi fərqli ola bilər

Uzun müddət ac qalmaq qan şəkərinizi aşağı salır. Xüsusilə 2-ci tip diabetiniz varsa, bu halda qan şəkəriniz aşağı düşə bilər. Əzələ gərginliyi səbəbindən baş ağrısı da ola bilər.

3. Vitamin çatışmazlığından əziyyət çəkə bilərsiniz

Gündə bir dəfə yeməklə kifayət qədər vitamin və mineral almaya bilərsiniz. Vitamin çatışmazlığı səbəbindən saç tökülməsi də ola bilər. Bundan əlavə, dırnaqlarda ağ ləkələr də kalsium çatışmazlığından qaynaqlanır.

4. Sosial həyatınız pozula bilər

Yalnız bir dəfə yemək yediyiniz üçün iş naharları, ad günləri, ailə toplantıları kimi bir çox ictimai fəaliyyətdən qaçacaqsınız. Pəhrizdə olduğunuzu ailənizə və dostlarınıza izah etmək çətinliyi bir yana, aclıq səbəbindən əsəbləriniz getdikcə pisləşəcək. Nəticədə daha da əsəbiləşə bilərsiniz.

5. Başınız ağrıya bilər

Görünür, qısa müddətdə arıqlamaq istəyən insanlarda baş ağrıları olur. Aşağı qan şəkəri, maqnezium çatışmazlığı və uzun müddətli aclıq kimi bir çox səbəblərə görə baş ağrınız ola bilər.

6. Bədən tempraturunuz aşağı düşə bilər

Dedik ki, bir dəfə yemək yeyəndə qan şəkəri düşür və bədən yağ yığır. Bu şəkildə bədənimiz fövqəladə vəziyyətdə bizə güc vermək üçün enerji toplayır. Aşağı kalorili yemək yemək də daimi aclıq və soyuqluq hissinə səbəb olur.

7. Sağlam olmayan qidalar yeməyə daha çox meylli ola bilərsiniz

"Onsuz da yalnız bir yemək yeyirəm" düşünə və bu yemək üçün fast food yeməyi seçə bilərsiniz. Təbii ki, heç kim 24 saatlıq pəhrizdən sonra bir boşqab brokoli yemək istəməz! Çox yediyiniz üçün isə bu yeməklər ağırlıq və şişkinlik hiss etdirə bilər.

Mənbə: Onedio.com

Tərcümə etdi: Tahirə Bağırzadə 



Paylaş
Şərh əlavə et