İnsan üçün öz sağlamlığı hər şeydən üstqn olmalıdır. Sağlam bir bədən üçün insan bədəni müəyyən bir temperaturda olmalıdır. İnsanın normal bədən temperaturu 36,5 ilə 37 dərəcə arasında dəyişir. Bədən temperaturu göstərilən dərəcədən aşağı və ya yuxarı olduqda insan sağlamlığı üçün təhlükə yaradır. Bədən istiliyimiz 36,5 dərəcədən aşağı düşərsə, bu,hipotermiyaya və ya 37 dərəcədən yuxarı qalxarsa, qızdırma xəstəliyinə səbəb ola bilər. Bir insanın hipotermi və ya yüksək temperaturu həddindən artıq varsa, bədən istiliyi normallaşdırıla bilmirsə, hər iki vəziyyət ölümə səbəb ola bilər.
Bədən hərarəti yuxarı qalxdıqda nə etməli:
1.Qızdırması olan bir insanın paltarı qalın olmamalıdır. Bu zaman xəstənin rahat və boş paltar geyinməsi məqsədə uyğundur.
2.Bol maye qəbulu və şirələr içmək məsləhətlidir.
3.Ətraf mühitin temperaturu; xəstənin olduğu mühiti idarə etməyə və temperaturu 20 dek arasında saxlamağa çalışın.
4.Soyuq duş qəbul edin.
5.Moruq ,çobanyastığı, itburnu, cökə ağacının çiçəkləri və ərik qurusu kimi qida vasitələrindən hazırlanan çay bədən hərarətinin tez bir zamanda aşağı düşməsinə yardım edir.
Hipotermiya olduqda bunları etmək lazımdır:
1.İsti geyimlər geyinin.
2.İsti çay içmək və isti şorba yemək bədən hipoterminin azalmasına kömək edəcəkdir.Qəhvə , çay, ballı və ya balsız isti süd , isti bulyonu nümunə göstərmək olar.
Bədən temperaturu nədən artır?
Termometr 37 dərəcədən yüksək rəqəm göstərdikdə bədən istiliyi artır. Nəticədə insanlar bədən temperaturunu aşağı salmağının çarəsini dərman vasitələrində görürlər. Orqanizmdə yad cisimlərlə,yəni: virus və ya bakteriyanı məhv etmək üçün bədən temperaturu artır. Bu hal immun sisteminin fəaliyyətini sürətləndirən qoruyucu bir prosesdir. Yüksək temperatur zamanı immun sistemi daha aktiv şəkildə fəaliyyət göstərir. Temperaturun yüksəlməsi zamanı təşvişə düşməməli və dərhal temperatursalıcı preparatlardan istifadə etməməlisiniz. Bu cür vəziyyətdə immun sisteminin işinə mane olacaqsınız və orqanizmin infeksiyalarla mübarizəsinin qarşısını alacaqsınız.
Hazırladı: Tərlanə Abdullayeva
