Bir
çox insanlar yaşlarından daha gənc görünmək üçün müxtəlif üsullara müraciət
edirlər. Bəzən bu kosmetik vasitələr cərrahi prosedurlara aid edilə bilər.
Ancaq həyatımızda əhəmiyyətsiz hesab etdiyimiz bir çox vərdişlərin də məkrli şəkildə
qocaltdığını bilirdinizmi?
Oturaq həyat tərzi qocaldır
Qeyri-kafi hərəkətlilik digər xəstəliklərə səbəb olduğundan həftədə 3-5 saat arasında sürətli gəzinti və üzgüçülük kimi fəaliyyətlərlə məşğul olmaq lazımdır.
Nə yediyinizə diqqət edin
Az və ya çox yemək əvəzinə, yediklərinizin sağlamlığınıza təsirini araşdırmalı və yemək rejiminizi buna uyğun tənzimləməlisiniz.
Sağlam qidalanma yolundasınızsa, təzə meyvə tərəvəzlər, yağsız ətlər və paxlalılar ən böyük dəstəkçiləriniz olacaq.
Uzun saatlar oturmaq bir çox xəstəliklərin səbəbidir.
Çox oturmaq piylənmə, metabolik sindrom, ürək-damar xəstəlikləri və xərçəng riskini artırır.
Su içməyi unutmayın
Su içmək bədəninizi toksinlərdən təmizləyir və orqanlarınızın daha səmərəli işləməsinə imkan verir.
Digər tərəfdən, kifayət qədər su içməmək böyrək xəstəliklərindən dəri xəstəliklərinə qədər bir çox problemlərə səbəb olur.
Ünsiyyət qurmağa tənbəllik etməyin
Sosial həyat həm təlaşınıza, həm hərəkətliliyinizə, həm də zehni sağlamlığınıza fayda gətirəcəkdir.
Özünüzə qapandığınızı düşünürsünüzsə, yeni insanlarla tanış olmağın vaxtı gəldi.
İdeal çəkidə qalmaq vacibdir
Çəkiniz görünüşünüzə nə qədər təsir etsə də, yaxşı görünmək və ya yemək üçün kökəlmək üçün çox arıq olmağa çalışmaq sizə fayda verməyəcək. İdeal çəkinizi tapdığınız zaman onu dəstəkləməyi məsləhət görürük.
Alkoqolun zərərini anlayın
Alkoqol, eyni zamanda, bir çox orqanların, xüsusən də qaraciyərin düşmənidir. Tədqiqat nəticələrinə görə, digərlərindən daha çox spirt qəbul edən insanlarda xərçəng, piylənmə və sonsuzluq riski artır.
Bundan əlavə, insult, demans və qaraciyər çatışmazlığı sağlam həyat tərzinə gəldikdə olduqca dəhşətli hadisələrdir.
Depressiya yaşlandırır
Stress hər bir insanın işdə və məktəbdə tez-tez qarşılaşdığı bir problem olsa da, bu məsələyə kifayət qədər diqqət yetirilmir. Ancaq uzun müddətli stress vəziyyətinin həyatınızdan oğurladığı şey çoxdur.
Stress ürək sağlamlığınızı poza bilər və depressiyaya səbəb ola bilər, çünki stess immunitet sisteminizi zəiflədir.
Siqaret çəkmək bir çox sağlamlıq problemlərinə səbəb ola bilər .
Siqaret istifadəsində yaş məhdudiyyəti olsa da, insanlar bu məhdudiyyəti özləri üçün təyin etməlidirlər. Onun pis qoxusu və ağciyərlərin məhv edilməsi siqaretin yalnız iki çatışmazlığıdır.
Ürək xəstəliyi və damar tıxanması da siqaretin sizin üçün mənfi təsirlərindən biridir. Beləliklə, siqareti buraxmaq sizə, həqiqətən, rahat bir nəfəs verə bilər.
Yuxusuzluq dərini qırışdırır
Gecəyarısı yuxu çatışmazlığı oyandığınız səhərləri sizin üçün dözülməz edə bilər.
Xroniki yuxu itkisi dərini cansız edir, dəridə incə xətlər əmələ gəlir ki, bu da göz altında bənövşəyi dairələrə səbəb ola bilər. Kifayət qədər yatmırsınızsa, bədəndə stress hormonu olan kortizolun artmasına səbəb ola bilərsiniz.
Sağlam yuxu sağlam bir metabolizma təmin edəcək və stressi idarə etməyə kömək edəcəkdir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
