Bu gün:

Musiqi dinləmənin bədən və ruh üçün faydaları


Musiqi bir çox insanlar üçün əvəzolunmazdır. Musiqi seçimində əhval-ruhiyyə də çox təsirlidir. İnsanlar yüksək və ya daha yavaş musiqi dinləməklə əhval-ruhiyyələrini ifadə edə bilərlər. Biz musiqi dinlədikdə ruhumuz və bədənimiz də dincəlir. Musiqi dinləmək fiziki və psixi sağlamlığa müsbət təsir edir.

Ürək üçün yaxşıdır

Musiqi ürəyin qidası olduğu kimi, ruhun da qidasıdır. Xəstəliklərin sağalmasına kömək edən musiqi ürək xəstəliklərinin müalicə prosesini də sürətləndirə bilər. Ürək ritmlərini normallaşdırır və qan təzyiqini tənzimləyir.

Ağrıları aradan qaldırır

Ən yaxşı ağrı kəsici olan musiqi ağrıları azaltmaqda və aradan qaldırmaqda mühüm rol oynayır. Bəzi ağrıların, xüsusən də, səbəbi bilinməyən ağrıların yalnız musiqi ilə yüngülləşdiyi müşahidə edilmişdir.

İmmunitet sistemini gücləndirir

Musiqi immunitet sisteminizdə mühüm rol oynayan hüceyrənin miqdarını artıra bilər. 15 dəqiqə musiqi dinləmək hüceyrələrə müsbət təsir edərək immunitet sisteminin güclənməsinə və inkişafına yaxşı təsir göstərir. 

Yadda saxlamağa və öyrənməyə kömək edir

Tədqiqatlarla sübut edilən faktlardan biri də odur ki, musiqi dinləmək yadda saxlamağa və öyrənməyə kömək edir. Buna Motsart effekti də deyilir. Təhsil alarkən klassik musiqiyə qulaq asmaq tələbələrin öyrəndikləri fənni daha asan öyrənməsinə kömək edir.

Sizi daha xoş hiss etdirir

Musiqi dinləməklə özünüzü daha xoşbəxt və dinc hiss edə bilərsiniz. Əslində, bəzi psixoloji xəstəliklərin müalicəsi üçün musiqi müalicələri tətbiq oluna bilər.

Əsəbə yaxşı təsir edir

Musiqi dinləmək də streslə mübarizədə çox təsirlidir. İnsanı sakitləşdirir və qəzəbi azaldır.

Konsentrasiyanı gücləndirir

Musiqi dinləmək zehni ayıq saxlayır və konsentrasiyanı artırır. Fokuslanma probleminiz olduqda, musiqi dinləməklə fokuslanma gücünüzü artıra bilərsiniz.

İştahı idarə etməyə kömək edir

Musiqi dinləmənin başqa bir faydası iştahı idarə etməkdir. Testdə klassik və ya caz musiqisi ifa edən restoranda müştərilər musiqi dinləyərkən daha az yemək yeyib və ətraf mühitdən daha çox həzz alıblar.

Rahat yatmağınıza kömək edir

Araşdırmaya görə, yuxuya getməkdə çətinlik çəkən insanlar musiqi dinləməklə bu problemin öhdəsindən gələ bilərlər. Musiqi insanın yuxuya getməsini asanlaşdırır və yuxu problemlərinin mükəmməl həllidir. 

Mənbə: Hürriyet 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et