
Kabus kimi də tanınan yuxu iflici oyanma və yuxuya getmə zamanı baş verən bir vəziyyətdir. Demək olar ki, bütün insanlar həyatlarında ən azı bir dəfə bu pis təcrübə ilə qarşılaşa bilirlər. Yuxu iflici səbəbiylə müxtəlif formalarda halüsinasiyalar baş verə bilər.
Yuxu iflici nədir?
Qarabasma olaraq da bilinən yuxu iflici yuxunun yuxu görmə mərhələsində əzələlərdə meydana gələn və oyandıqdan sonra bir müddət davam edən fizioloji iflic vəziyyətidir. Fərdin şüur səviyyəsi əzələlərin anatomiyasından daha tez açılır və oyaq ikən hərəkətdə olur. Xüsusilə, yuxuya gedəndə, yuxuya getdikdən dərhal sonra və ya oyanarkən baş verir. Əzələ zəifliyinə əlavə olaraq, insanlar yuxu iflici mərhələlərində də halüsinasiya edə bilərlər. Həssaslıq itkisi olmasa belə, insanlar onlara təzyiq olduğunu düşünə bilərlər.
Yuxu iflicinin ən təsirli səbəbləri arasında yuxu vəziyyətindəki fərq, yuxu pozğunluğu, genetik pozğunluq, narahatlıq, arxa üstə yatmaq və maddə asılılığı kimi problemlər var. REM yuxusu zamanı orqanizm çox dərin yuxuda olur və beyində müxtəlif yuxular görünə bilər. Yuxu zamanı bədənimizi hərəkət etdirməmək baxımından ağıl əzələ quruluşumuzu nəzarət altında saxlamağımıza böyük ölçüdə mane olur. Bununla belə, oyanma REM yuxu vəziyyəti bitmədən baş verərsə, şüur bərpa oluna bilər, lakin biz bədəni idarə edə bilməyəcəyik. Yəni yeni oyansaq belə, bədənimiz tərpənməyəcək.
Yuxu iflicinin səbəbi nədir? Simptomlar hansılardır?
Yuxu iflici təcililik tələb edən problem deyil, çox xarakterik əlamətləri var. Bu əlamətlərə öyrəşmək insanlara sakitləşməyə kömək edə bilər. Yuxu iflicinin ən çox görülən əlamətlərindən biri hərəkət edə bilməmək və ya danışma pozğunluğudur. Bu, bir neçə saniyə və ya daha çox davam edə bilər. Ancaq yuxu iflicinin bəzi əlamətləri aşağıdakılardır:
•Bir şey tərəfindən aşağı çəkilmək hissi
•Yataq otağında başqa bir insanın və ya obyektin olduğunu hiss etmək
•Bu emosional qarışıqlıq insanı qorxudur
•Yuxu zamanı, yuxuya getmədən dərhal əvvəl və ya sonra halüsinasiyalar
•Nəfəs almaqda çətinlik çəkməm
•Öləcəkmiş kimi hiss etmək
•Yuxu iflici zamanı həddindən artıq tərləmə
•Sinə içində sıx təzyiq hissi
Yuxu iflici zamanı zehnin normal olaraq görməzlikdən gəldiyi gündəlik riski olmayan səslər və digər stimullar əhəmiyyət kəsb edir. Bu səbəbdən yuxu iflici zamanı yaranan hisslər həddindən artıq intensivləşir və bu əlamətlər meydana çıxır. Simptomların yox olması üçün insan özünü hərəkət etdirməyə çalışmalı və ya başqasının onu hərəkət etdirməsinə nail olmalıdır. Hətta yuxu iflici bitdikdən sonra detalları xatırlamaq mümkündür. Bəzi hallarda zərərsiz hallüsinasiyalar baş verə bilər.
Yuxu iflicini necə müalicə etmək olar?
Yuxu iflicini hansı üsullarla müalicə edə biləcəyi sualına dəqiq cavab vermək həmişə mümkün olmaya bilər. Ancaq ən uyğun müalicə üsulu yuxu iflicinə səbəb olan səbəblərin aradan qaldırılmasıdır. Yuxunun olmaması yuxu iflicinə səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün lazım olan müddətdə yatmalısınız. Yuxu iflici digər şərtlərlə əlaqəli deyilsə, ümumiyyətlə heç bir müalicə aparılmır. Yuxu iflici vaxtında və adekvat yuxu ilə başa çata bilər.
Mənbə: NP İstanbul Hastanesi
Tərcümə etdi: Aydan Qasımova
