Bu gün:

Qlikolik turşu nədir?


Bir çox dərilərə qulluq vasitələrinin tərkibində (AHA) olan qlikolik turşu var.

Qlikolik turşu suda həll olunan alfa hidroksid turşusudur. Qlikolik turşu şəkər qamışından alınan AHA qrupundandır. AHA-lar bitkilərdən gələn təbii turşular kimi tanınır. Turşular dəri tərəfindən çox asan udulan kiçik molekullardan ibarətdir. Bu xüsusiyyət turşuların dəridə incə xəttləri hamarlaşdırmaq, dəri toxumasını yaxşılaşdırmaq və digər yaşlanma əleyhinə həllər üçün istifadəsini ideal hala gətirir.

Qlikolik turşu nə edir?

Qlikolik ən kiçik molekullara malikdir. Buna görə də dəri tərəfindən ən tez qəbul edilən turşulardan biridir. Onun əsas iş prinsipi hüceyrə yenilənməsini sürətləndirməkdir. Başqa sözlə desək, o dəri hüceyrələrini bir yerdə saxlayan bağları əridir. Bu sayədə dəriniz normal vaxta nisbətən ölü dəri hüceyrələrindən daha tez qurtulur.

Qlikolik turşu dərinizə daha çox kollagen istehsal etməyə kömək edir. Kollagen dərini möhkəm, dolğun və elastik edən proteindir. Həmçinin qlikolik turşu sümüklərinizə və birləşdirici toxumalarınıza güc verir. Yaşlandıqca dəriniz daha az kollagen istehsal etməyə başlayır. Qlikolik turşunun verdiyi bu yardım kollagen istehsalınızın ləngiməsinin qarşısını alır.

Qlikolik turşunun dəriyə təsiri nədir?

Yaşlanma əleyhinə: İncə qırışları hamarlayır. Dərinin tonunu və toxumasını yaxşılaşdırır.

Nəmləndirici: Dərini dolğunlaşdırır. Qocalmasının və qurumasının qarşısını alır.

Günəş zərərinə qarşı: Günəşin dərini zədələməsi nəticəsində yaranan tünd ləkələri aradan qaldırır. Günəşin kollagen istehsalınıza mənfi təsirlərini ləngidir.

Parlaqlıq: Daimi istifadə edildikdə dərini parlaqlaşdırır.

Eksfoliasiya: Qıl dönməsinin qarşısını alır. Dərini ölü hüceyrələrdən təmizləyir. Məsamələrinizi daha kiçik göstərir.

Anti-sızanaq: Xüsusilə, qapalı komedonların, qara nöqtələrin və iltihablı sızanaqların qarşısını almaq üçün məsamələri təmizləməyə kömək edir.

Qlikolik turşunun çapıqların sağalmasına kömək etdiyi söylənsə də, çapıqlar üçün başqa müalicə üsulları tətbiq edilməlidir. Qlikolik turşu yalnız sızanaqdan sonra qalan ləkələri azaltmağa kömək edir.

Qlikolik turşu istifadə etməzdən əvvəl

Əlbəttə ki, qlikolikdən istifadə etməyə başlamazdan əvvəl dermatoloqunuzla məsləhətləşməlisiniz. Əgər dəri tipinizin ehtiyacı qlikolik turşudursa, o zaman başlaya bilərsiniz. Bütün AHA-lar kimi, qlikolik turşu dərinizi günəşə daha həssas edir. Əgər qlikolik turşunuzun dəri ləkələrinə səbəb olmasını istəmirsinizsə, günəş kreminə laqeyd qalmamalısınız. Gün ərzində yeniləməlisiniz.

Əvvəlcə, dəriniz qlikolik turşuyla yeni tanış olduğu üçün bu turşuya alışmalıdır. Turşunu həftədə bir və ya iki dəfə istifadə etməyə çalışın. Dərinizdə qıcıqlanma və ya qızartı yaratmazsa, həkiminizin tövsiyə etdiyi və istifadə tezliyi ilə seçə bilərsiniz. Başlamaq üçün, konsentrasiyası az olan məhsullarla başlayın. 10%-ə qədər turşu ilə başlamaq dərinizə mənfi təsir göstərə bilər. İlk bir neçə tətbiqdən sonra dərinizin bir az sərtləşməsi də normal sayılır. Əslində, bu turşunun işlədiyini göstərir.

Əgər siz hazırda dərinizi sürətlə aşındıran hər hansı məhsuldan istifadə edirsinizsə, qlikolik turşudan istifadə etməməli və ya həkiminizin göstərişi ilə istifadə etməlisiniz. Ən önəmlisi bir çox digər dəriyə qulluq vasitələrində olduğu kimi burada da qlikolik turşunu göz altı və dodağa vurmamaq şərti ilə istifadə etməlisiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et