
Bəzən ruhumuzun daha yaxşı və ya daha pis hiss etdiyini anlamaq çətin olur. Lakin bəzi şeylərə diqqət etmək bu yolda kömək edəcək.
Fiziki sağlamlığı üzərində işləyən birinin, adətən, xolesterolunu azaltmaq, daha sürətli qaçmaq və ya daha çox ağırlıq qaldırmaq kimi məqsədləri var. Lakin əgər zehni sağlamlığımız üzərində işləyirsiksə, bu zehni yükü daşımaq üçün ruhumuzun necə gücləndiyinizi ölçə bilmirik. Özümüzü yaxşı hiss etmək üçün idman edirik, terapiyaya gedirik, meditasiya edirik. Bəs bunların işə yaradığını necə bilərik?
Psixi sağlamlığınızın yaxşılaşdığını bilməyin yolları
Psixi sağlamlığınızın yaxşılaşdığını söyləmək çətin görünsə də, əslində, yaxşılaşmanı ölçməyin bəzi yolları var. Müəyyən etməyin bəzi yolları bunlardır:
• Məqsədlərinizə çatdınız
Terapiyaya başladığınız zaman bir terapevt niyə müalicə axtardığınızı soruşacaq. Əksər insanlar həyatlarında problem olduqda terapiya axtarırlar, lakin terapiya almaq üçün böhran içində olmaq lazım deyil. Bu prosesin əvvəlində soruşun: "Mən indi sehrli bir çubuq yelləyə bilsəydim və bu üç şeyi həll edə bilsəydim, bunlar nə olardı?" sualına cavab axtarmaq yaxşı fikir ola bilər. Bu üç şeyin nə olduğunu müəyyən etməkdə çətinlik çəkirsinizsə, depressiya və ya narahatlığınızın həyatınızda nələr etməyə mane olduğunu düşünə bilərsiniz. Ola bilsin ki, bu sosial olmağınıza mane olur. Bu problemi müəyyən etmək, məsələn, həftədə bir dəfə sosiallaşmaq məqsədini qoymağa kömək edə bilər. Əgər həftədə bir dəfə sosiallaşmağa başlasanız, bu, irəliləyiş əlamətidir. Çünki bu, blokadadan çıxmaq üçün bir addımdır. Üstəlik, hədəflərə çatmaq beyin strukturunuzu, sözün əsl mənasında, dəyişdirir. Beyni daha effektiv edir. Digər məqsədlərinizə doğru irəliləməyə kömək edir.
•Semptomların azaldığını hiss edirsiniz
Məsələn, panik atak üçün müalicədə həftədə üç dəfə panik atak keçirirsiniz. İndi yalnız birini yaşayırsınızsa, bu yaxşılaşdığınızın açıq əlamətidir. Lakin yaxşılaşmırsınızsa, ümidsiz olmayın. Zamanla semptomların azaldığını görə bilərsiniz.
Psixi sağlamlığınız yaxşılaşdıqca fərq edə biləcəyiniz bəzi şeylərə nəzər salaq:
Daha yaxşı yuxu:
Hər hansı bir psixi sağlamlıq mütəxəssisinin sizə verəcəyi ilk suallardan biri yuxu cədvəlinizin necə olmasıdır. Yuxu və psixi sağlamlıq bir-birinə bağlıdır, çünki qeyri-kafi yuxu psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Əksinə, psixi sağlamlıq problemləri də pis yuxuya səbəb ola bilər. Bəzi insanlar üçün bu çox yatmaq demək ola bilər. Digərlərində yuxusuzluq və ya yuxu problemi ola bilər.
Emosional həyəcanların azalması:
Əvvəllər uşaqlarınıza və ya baqqal mağazasında sizə səhv pul verən kassirə qəzəblənirdiniz. Lakin indi nadir hallarda qəzəblənib, sakitcə problemi həll edirsinizsə, bu irəliləyişin başqa bir əlamətidir.
İştahın sabitləşməsi:
Depressiyaya düşmüş adam ya iştahını itirə bilər, ya da iştahı arta bilər. Əgər iştahınızın kifayət qədər sabit qaldığını görürsünüzsə, bunun səbəbi psixi sağlamlığınızın yaxşılaşması ola bilər.
Daha yaxşı sərhədləriniz var
Sərhədləri necə idarə etdiyiniz böyümənizi ölçmək üçün əla bir yoldur. Məsələn, ola bilər ki, dostunuz zəng edəndə hər şeyi atıb onun yanında olmağınızı gözləyir. Dəyərli bir dostunuzla münasibətinizi itirməkdən qorxduğunuz üçün bunu keçmişdə etmisiniz. Bunun əvəzinə yeni bir sərhəd təyin edə və "Sizi görmək istərdim, amma mənə əvvəlcədən xəbər verməlisən" deyə bilərsiniz. Əvvəlcə bir az çətin görünə bilər, lakin düzgün sərhədləri təyin etmək sizə “güc hissi” verir.
Özünüzə daha çox güvənirsiniz
Əvvəl qərar vermək üçün başqalarının fikirlərinə dərindən güvənirdiniz. Lakin indi öz fikirlərinizə güvənmək bacarığınız ruh sağlamlığınıza müsbət təsir edir.
Emosional zəkanız yüksəlir
Emosional zəkanın idrak IQ-nu ölçə biləcəyimiz kimi dəqiq ölçə bilməsək də, emosional intellektin yaxşılaşmasını müşahidə etməyin yolları var. Yüksək səviyyəli emosional intellekt sizə itələyici və ya passiv-aqressiv olmaqdansa, özünüzü iddialı şəkildə ifadə etmək bacarığı verir. Siz həmçinin öz hərəkətləriniz üçün məsuliyyət götürməyin daha asan olduğunu görə bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
