Bu gün:

Ana südü ilə bağlı ən son elmi araşdırmalar


Girne Universiteti Tibb Fakültəsinin müəllim heyəti və həmçinin Girne Universiteti Dr.Mütəxəssis, Suat Günsel Xəstəxanası Uşaq Sağlamlığı və Xəstəlikləri Bölümü həkimlərindən biri Dr. Güniz Yaşöz və Dr. Seyhan Erişir Oygücü dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan Springer tərəfindən nəşr olunan "Ana südü və Metabolik Proqramlaşdırma" kitabının iki fəslini yazıb.

Girne Universitetinin mütəxəssisi Dr. Güniz Yaşöz və Dr. Seyhan Erişir Oygücünün töhfə verdiyi kitabda KKTC, Türkiyə, Albaniya, İngiltərə, Rumıniya, Bolqarıstan və bir çox başqa ölkələrdən həkim və akademiklərin əsərləri bir araya toplanıb.

"Ana südü və Metabolik Proqramlaşdırma" kitabında ana südünün immunitet sisteminə verdiyi töhfələr, onun antibakterial təsirləri, mikrobiota tərkibi, vaxtından əvvəl doğulmuş körpələrin neyromotor inkişafına verdiyi töhfə və dünya üzrə ana südü bankları haqqında cari məlumatlar daxildir.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et