Bu gün:

Niyə uşaqlar tez-tez xəstələnirlər?


Uşaq poliklinikalarına müraciətlərin ən çox yayılmış səbəblərindən biri də valideynlərin övladlarının tez-tez xəstələnməsindən narahat olmasıdır. Mütəxəssislər uşaqlarda yuxarı tənəffüs yollarının infeksiyasını ildə 10-12 dəfə keçirə biləcəyini bildirib və xəbərdarlıq ediblər ki, bu vəziyyət hər zaman xəstəlik kimi nəzərə alınmalı deyil.

Uşaqların tez-tez xəstələnməsi ailələri narahat edir, lakin bu uşaqların yarısı, əslində, sağlam sayılır. Uşaqlarının tez-tez xəstələndiyini düşünərək həkimə müraciət edən ailələrin şüurlu olması vacibdir. Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Anıl Doğan Bektaş tez-tez xəstələnən uşaqlara yanaşma haqqında məlumat paylaşıb.

Bunlara diqqət edin

5 yaşdan kiçik uşaq bağçasına və ya məktəbə gedən uşaqlar və ya məktəbə gedən bacı-qardaşları olan uşaqlarda ildə 10-12 dəfə üst tənəffüs yolu infeksiyasına yoluxa biləcəyinə diqqət çəkən Bektaş deyib: "Yuxarı tənəffüs yolu infeksiyasının 7-15 gün davam etdiyini düşünsək, bu uşaqlar ilin yarısını xəstə keçirə bilərlər. Bu tez-tez xəstəlik kimi qəbul edilməməlidir". Mütəxəssis  Dr. Bektaş nəzərə alınması lazım olanları belə sıralayıb: “İldə 2-3 dəfədən çox ciddi infeksiyalar, otit, sinüzit, bronxit kimi 3-dən çox infeksiya, iki aydan çox antibiotik istifadəsi, gözlənilməz fəsadlar, əsasən ayaqdan və ağızdan müalicə kifayət etməyən xəstələrdə immun çatışmazlığı araşdırılmalıdır".

Mənbə: Sabah

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et