Bu gün:

Ağ çörəyin zərərləri


Alimlərin fikrinə görə, hər gün ağ çörək və ağ undan hazırlanmış qidaların yeyilməsi təhlükəlidir və infarktın riskini artırır.

ABŞ-nin Texas Universiteti tərəfindən aparılan araşdırma ağ çörək və ağ düyünün ağciyər sağlamlığına siqaret qədər zərərli olduğunu ortaya çıxarıb. Araşdırmaya görə ağ çörək, qarğıdalı lopaları və ağ düyü kimi yüksək glisemik indeksi (qan şəkərini stimullaşdırıcı təsir) olan qidaların qəbulu ağciyər xərçəngi riskini 48 faiz artırır.

Araşdırmanı aparan həkim Stephanie Melkonian,-"İnsan həyatında heç vaxt siqaret çəkməmiş olsa belə, yüksək glisemik indeksli qidaları qəbul etdikdə ağciyər xərçənginə tutulma riski artır. Bu qidaları qəbul etməyi dayandıran insanlarda ağciyər xərçəngi əhəmiyyətli dərəcədə azaldı".

Mənbə: Sabah

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et