Sağlam yuxu üçün ilk və ən vacib şey yuxu vaxtıdır. Gecə gec yatıb səhər gec oyanmaqla 6-8 saat yatsaq da, bu sağlam yuxu deyil və bədən funksiyalarının düzgün işləməsi üçün kifayət deyil.
Sağlam yuxu üçün iki vaxt var. Bunlardan biri də nahar fasiləsi zamanı 10-30 dəqiqəlik yuxudur. Digəri isə axşam saat 22.00-03.00 arasıdır. Çünki bu saatlarda orqanizm lazım olan yuxunu ala bilir. Səhər gec saatlara qədər yatmaq sağlam deyil. İnsanın daha yorğun oyanmasına səbəb olur. Ancaq erkən oyandığınız zaman daha fit olduğunuzu görəcəksiniz.
Yuxu zamanı gözlərdən başqa digər qavrayış girişləri açıqdır. Yatan insan ətrafındakı səsləri eşidir və beyin ətrafdakı işığı qəbul edir. Bu səbəbdən sağlam yuxu üçün mütləq sakit bir mühitdə və demək olar ki, tamamilə işıqsız bir yerdə yatmaq lazımdır. Gecə işıqları kimi işıqlar beynə təsir edir və ətrafdakı işıq səbəbindən beyin düzgün yata və istirahət edə bilmir.
Yenə ətrafda səs-küy olması sağlam yuxuya mane olur. Xüsusilə, körpələrin səs-küylü mühitdə yatmağa alışması üçün onları səsin varlığında yatdırmaq düzgün deyil. Sakit bir mühit sağlam yuxu üçün vacibdir. Əks halda, insan oyandığı zaman kifayət qədər yuxu almadan oyanmış olar. Yuxu zamanı zehnin sıxıntı və stressdən uzaq olması vacibdir. Yoxsa yuxu zamanı beyin davamlı olaraq bu stress və sıxıntı ilə mübarizə aparacaq və sağlam bir yuxu olmayacaq.
Tox yatmaq da yuxunun keyfiyyətini aşağı salır. Çünki mədə yediklərini həzm etməklə məşğul olacaq, dincəlmək imkanı olmayacaq.
Yeri gəlmişkən, yuxunu azaltmağa çalışarkən lazım olduğundan az yatmaq və ya yuxunu birdən azaltmaq düzgün deyil. Yuxusuzluğun da bir çox zərərləri var. Üstəlik, birdən-birə yuxunu azaltmağa çalışdığınız zaman orqanizm buna hazır olmadığı üçün bu, sağlamlığınıza mənfi təsir göstərə bilər. Bu səbəbdən qeyd etdiyimiz şərtləri nəzərə alaraq sağlam yuxuya sahib olmaq lazımdır.
Mənbə: Sabah
Tərcümə etdi: Lamiyə Cənnətzadə