Bu gün:

Kitab oxumağın elmi cəhətdən sübut edilmiş 5 faydası


Fərqli dünyalara qapılar açmağın ən yaxşı və ən zövqlü yolu olan kitab oxumaq internet əsrində, təəssüf ki, sosial medianın kölgəsində qalıb. Lakin internetdən düzgün istifadə edilmədikdə informasiya zibilliyinə çevrilə bilər. İnternetdə keçirdiyimiz vaxtı azaltmaq və gündəlik işimizdə kitab oxumağa yer açmaq lazımdır. Müntəzəm olaraq kitab oxumağın elmi cəhətdən sübut edilmiş 5 faydası...

Kitab oxumaq ifadə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özünə inam qazanmaq və stressi azaltmaq kimi çoxsaylı faydalar təmin edir. Mütəxəssislər kitab oxumağın gündəlik iş rejiminin bir parçası olması lazım olduğunu və bu vərdişin insanın özünə edə biləcəyi ən böyük yaxşılıqlardan biri olduğunu bildirir.


İfadə və ünsiyyət bacarıqlarını təkmilləşdirməyin yolu oxumaqdan keçir

İnsanların bir yerdə yaşamaq qabiliyyətinin əsasını ünsiyyət qurmaq bacarığı təşkil edir. İnsanların ən böyük ehtiyaclarından biri olan ifadə və ünsiyyət bacarıqlarını təkmilləşdirməyin yolu oxumaqdan keçir. Nə qədər yaxşı oxuyursansa, bir o qədər çox söz öyrənirsən. Nə qədər çox söz öyrənsəniz, oxumaq və anlamaqda bir o qədər yaxşı olacaqsınız.


Stressi azaldır

Kitab oxumaq gündəlik həyatın və rutinlərin gətirdiyi mənfi fikirlərdən yayındıraraq zehni rahatladır.


Özünə güvən hissini artırır

Kitab qurdlarının sakit və səssiz olduqları deyilir, lakin onların daxili dünyası hamıdan daha zəngin və yaradıcıdır.


Yaşlanmanın mənfi təsirlərini azaldır


Yuxunun keyfiyyətini yaxşılaşdırır

Həkimlərin məsləhətinə görə, yatmazdan əvvəl zehninizi sakitləşdirəcək fəaliyyətlərdən biri də kitab oxumaqdır. Yatmadan əvvəl telefonla vaxt keçirmək əvəzinə kitab oxumağı seçmək daha keyfiyyətli yuxu almağa kömək edir. Smartfonların buraxdığı ekran işıqları beyinə oyanma siqnalları verir, ona görə də, yuxuya getmək çətinləşir.


Mənbə:cumhuriyyet.com.tr


Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et