Ərəbistan yarımadasında və Afrikada bitən xurmanın bir çox faydası var. Şirin dadı olan xurma tərkibindəki bol lif və A, C, B1 və B2 vitaminləri və xərçəngə qarşı müdafiədə faydalı qidalar arasındadır. Yüksək vitamin və mineral mənbəyi olan bu meyvə insan orqanizmində şəkər səviyyəsini tənzimləmə xüsusiyyətinə malikdir. Xurma arıqlama xüsusiyyətlərinə görə istənilən vaxt qəbul edilə bilər. Bəs xurmanın faydaları nələrdir?
İnsan orqanizminə inanılmaz təsiri ilə tanınan xurmanın bir çox faydası var. Qadınlar üçün bir nömrəli qidadır. Çünki həm arıqlamağınıza kömək edir, həm də sizi tox saxlayır. Bundan əlavə, ramazanda süfrələrdən əskik olmur.
Xərçəngə qarşı qoruyucu təsir göstərir
Xurmanın xərçəngə qarşı qoruyucu təsiri var. Xurma çox doyurucu və lif mənbəyidir. Tərkibindəki vitaminlər sayəsində xərçənglə mübarizə aparır.
Tərkibindəki antioksidant sayəsində immunitet sistemini gücləndirir
Yüksək antioksidant tərkibi ilə xurma immunitet sisteminizi gücləndirir və bütün orqanizmin fəaliyyətini yaxşılaşdırır.
Dərinin gözəlliyini və sağlamlığını qorumaqda rol oynayır
Xurma dəri gözəlliyinin və sağlamlığının qorunmasında mühüm rol oynayır. Dərinin nə qədər gözəl göründüyü deyil, nə qədər sağlam olduğu önəmlidir. Hər bir orqan kimi dərinin sağlamlığına təsir edən amilləri yaxşı bilmək lazımdır.
Tərkibindəki B1 və B2 vitaminləri ilə sinir sistemini qoruyur
Xurma tərkibindəki B1 və B2 vitaminləri ilə sinir sistemini qoruyur. Vitaminlər hüceyrələrdə metabolik reaksiyalar üçün zəruri olan üzvi birləşmələrdir. Vitaminlərin əksəriyyəti bədəndə istehsal olunmur və ya bədəndə kifayət qədər istehsal olunur. Gündə müəyyən miqdarda xurma yemək vitamin baxımından sizə xeyirli olacaq.
Həm fiziki, həm də zehni yorğunluğu aradan qaldırır
Gün ərzində xurma yeyərək yorğun bədəninizi canlandıra bilərsiniz. Uzun müddət ərzində enerji verir.
Bədənin qan istehsalını təmin edir
Xurma orqanizmin qan istehsalını təmin edir. Onlar ağciyərlərdən oksigeni bədənin bütün hüceyrələrinə daşıyan hemoqlobinlə doludur. Hüceyrələrdən bütün hüceyrələrdə əmələ gələn karbon qazını toplayıb ağciyərlərə daşıyır və karbon qazı xaric olur.
Anemiya xəstəliyinə qarşı çox xeyirlidir
Xurma qan azlığına yaxşı gəlir və enerjinizi artırır. Anemiya bədən müxtəlif səbəblərdən çox az sayda sağlam qırmızı qan hüceyrəsi istehsal etdikdə baş verir. Xurma anemiyaya xeyirlidir.
Sümük zəifliyinin qarşısını alır
Yaşlılar və uşaqlar tərəfindən təhlükəsiz şəkildə qəbul edilə bilən xurma sümük zəifliyinin qarşısını alır.
Böyrək çatışmazlığına qarşı çox faydalı meyvədir
Mütəxəssislər böyrək xəstəliklərində sağlam qidalanmanın əsas qayda olduğunu və yanlış qidalanma vərdişlərinin əvvəldən dəyişdirilməsi lazım olduğunu bildirirlər. Xurma böyrək çatışmazlığına qarşı çox faydalı meyvədir.
Qaraciyəri gücləndirir
Qaraciyərinizi gücləndirmək üçün siqaret və spirtli içki kimi zərərli vərdişləri atıb sağlam qidalanmaq kifayətdir. Xurma qaraciyər üçün faydalı qidalar arasındadır.
Ana südünü artırır
Doğuşdan sonra südünüz dərhal gəlməyə bilər. Südünüz 1-3 gün ərzində tədricən daxil olacaq. Xurma ana südünü artırır.
Stressə qarşı faydalıdır
Bu gün səbəbləri getdikcə artan stress insanların əksəriyyəti tərəfindən mənfi görünsə də, bəzi insanlar üçün motivasiya mənbəyi kimi də görünür.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva