Bu gün:

Badam yağının faydaları nələrdir?


Badam ağacı rosaceae ailəsinə aid kiçik, cırtdan ağac növüdür. Doğulduğu Orta Şərq və Cənub-Qərbi Asiya olan badamın içi ağ, çölü isə qabıqlı meyvədir. Badamdan hazırlanan yağ bir çox problemə faydalıdır. 

Badam yağı badam ləpələrinin bir müddət əzilməsi ilə hazırlanan yağdır. Badam yağı iki şəkildə yaradılır. Şirin badam yağı və acı badam yağı kimi istifadə edilən badam yağı bir çox dərdlərə şəfa mənbəyidir.

Badam yağı uzun illərdir istifadə edilən müalicəvi yağ növüdür. Xüsusilə, dəri və saç üçün istifadə etmək çox yaygındır. Bu səbəbdən bir çox insanlar tərəfindən faydalı yağlardan biri kimi istifadə edilir. Şirin badam yağı badam yağları arasında ən çox istifadə edilən yağdır. Şirin badam yağının tərkibində yağ turşuları var. Bu səbəbdən şirin badam yağı dəri və saç üçün çox faydalıdır. 20 qram şirin badam yağında 120 kalori, 14 qram doymuş və doymamış yağ, 30% E vitamini var.

Badam yağı qidalandırıcı vitaminlərlə zəngin bir yağdır. Tərkibində A, B və E vitaminləri olan badam yağı saç və dəriyə qulluqda faydalıdır. Şirin badam yağı dəriyə qulluq, saxlama pozğunluqları, saç baxımı və yaralanmalar üçün istifadə edilə bilər. Şirin badam yağı tərkibindəki vitaminlər sayəsində müalicəvi təsirə malikdir.

Şirin badam yağının faydaları nələrdir?

Saysız-hesabsız faydaları olan badam yağı dəri, göz və saç üçün çox faydalı olan bir yağ növüdür. Tərkibindəki A, B və E vitaminləri sayəsində dərinin parlaq görünməsini təmin edir. Beləliklə, dərinin daha gənc görünməsini təmin edən yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir.

- Dərini nəmləndirir və yeniləyir. Xüsusilə, qış aylarında havanın temperaturunun dəyişməsi və havanın quruması səbəbindən dəri quruyur. Şirin badam yağından istifadə edildikdə dərini nəmləndirir və dəri məsamələrini bağlayır.

- Dərinin qıcıqlanmasını düzəldir. Şirin badam yağının başqa bir faydası isə dəridəki qıcıqlanmış yerləri bərpa etməsidir. Belə ki, şirin badam yağı tərkibindəki vitaminlər sayəsində dəriyə də bərpaedici təsir göstərir.

- Dərinin qaşınmasını azaldır. Xüsusilə, havanın quruducu təsirindən dəri quruyur və qaşınmağa başlayır. Şirin badam yağından istifadə dərinin qaşınmasını azaldır və dərini nəmləndirir. Şirin badam yağında olan A, B və E vitaminləri dərini qidalandıran vitaminlərdir. Beləliklə, dəri qidalanır, daha parlaq və canlı olur.

- Göz altındakı qançırlar və qırışları azaldır. Şirin badam yağının göz altı və göz ətrafındakı qırışlar üçün çox faydalı olduğu məlumdur. Beləliklə, şirin badam yağının tətbiqi ilə qançırlar və qırışlardan xilas olmaq mümkündür.

-Əl və ayaq kremi kimi istifadə olunur. Şirin badam yağının ən çox istifadə edilən üsullarından biri əl və ayaq baxımıdır. Nəmləndirici xüsusiyyətləri sayəsində şirin badam yağı daban və əl çatlarına yaxşı gəlir və çatların bərpasına kömək edir.

Şirin badam yağının az bilinən faydaları nələrdir?

-Dəridə yanıq ağrılarını azaldır. Az bilinən faydalarından biri də tərkibindəki vitaminlər sayəsində yanıq ağrılarına yaxşı gəlməsidir. Belə ki, yanıq izlərinin tez solmasına kömək edən şirin badam yağı ağrıları azalda bilir. 

- Makiyajı silmək üçün istifadə olunur. Gündəlik makiyajda şirin badam yağından istifadə edənlər makiyajlarını təmizləyir, eyni zamanda dərilərini nəmləndirir və qidalandırır. 

Şirin badam yağından necə istifadə edilir?

Badam yağı istifadə edərkən də diqqətli olmaq lazımdır. Saç və dəri üçün çox faydalı bir məhsul olan şirin badam yağı pambığın üzərinə bir neçə damcı badam yağı damla şəklində dəriyə sürtməklə dəriyə çəkilə bilər. Şirin badam yağını dəridə istifadə etmək və yaxud badam yağını saçın kök və uclarına sürtüb saçın uclarına və köklərinə yedirtməklə edilə bilər. Belə ki, şirin badam yağı saçlar üçün də çox faydalı olan bir məhsuldur. Şirin badam yağı sayəsində saçlarınız daha canlı və parlaq görünəcək, baş dəriniz rahatlaşacaq.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et