
Hadi, qalxın və yağışlı havadan həzz alın.
İsti duş qəbul edin
İsti su ilə vanna qəbul etmək fiziki rahatlıq və emosional rifah təmin edəcək. Hamamınızda küvet varsa, isti su ilə dolu vannada uzanın və dincəlin. Hamam toplarını küvetinizə atmağı unutmayın. Yağışlı havalarda ediləcək ən yaxşı fəaliyyətlərdən biridir, mütləq cəhd edin.
Kitab oxuyun
Yağışın səsi kitab oxumaq üçün bir səbəbdir. Kitab oxumaq yağışlı bir gündə ediləcək əyləncəli və faydalı fəaliyyətlərdən biridir. Pəncərə kənarında isti qəhvə və yağışın səsi ilə kitab oxumaq əvəzsizdir. Buyurun, kitabın səhifələrində itməyin vaxtıdır.
Mətbəxə daxil olun
Sınamaq istədiyiniz resepti açın və inqrediyentləri hazırlayın. Yemək bişirmək istər yağışlı, istərsə də günəşli olsun, evdə etmək üçün ən yaxşı fəaliyyətlərdən biridir. Sonra yemək şousunun vaxtıdır. Çox əylənəcəksiniz.
Yoqa edin
Evdə 15 dəqiqəlik yoqa ilə məşğul olmaq özünüzü yaxşı hiss etdirəcək. Evinizdə rahatlıq tapacağınız və yağışın səsi ilə bədəninizi dincələcəyiniz bir guşə yaradın. Yoqa edərkən buxurdan və aromatik yağlarla gözəl bir mühit yarada bilərsiniz. Ətirlərdən və yağışdan həzz alın.
Televiziya seriallarını ürəyinizə istədiyi qədər izləyin
Buludlu havaya görə özünüzü pis hiss edirsiniz? Yağışlı havada seriala baxmağın nə qədər xoş olduğunu bilirsinizmi? Sevimli qəlyanaltılarınızı özünüzlə aparın və yorğan altında seriallara baxmaqdan həzz alın.
Mənbə:modakonseptt.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
